Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Xabarovskda dünya çempionunu öldürən azərbaycanlı polisə təslim olub


Foto arxiv
Foto arxiv

Xabarovskda “pauerliftinq” (ağırlıq qaldırma) idman növü üzrə dünya çempionu Andrey Drachevi öldürən Anar Allahverənov polisə təslim olub.

RİA Novosti-nin məlumatına görə, o artıq istintaqa ifadə də verib.

İfadədən sonra Anar Xabarovskdakı 1 saylı təcridxanaya aparılıb.

Faktla bağlı "xüliqanlıq zəmnində qətl" ittihamı ilə cinayət işi açılıb.

Rusiyada bu cinayətə görə 20 il və ya ömürlük həbs cəzası kəsilə bilər.

İnsident avqustun 20-də Xabarovskdakı kafelərdən birinin ətrafında baş verib.

Anar Allahverənovla Andrey Drachev arasında təkbətək dava süşüb.

Rəqibini bir zərbə ilə yerə sərən Anar , ona yerdə də zərbələr endirib, nəticədə Drachev aldığı xəsarətdən keçinib.

Xabarovsk diyarı istintaq komitəsinin məlumatına görə o, kəllə-beyin travmasından ölüb.

Anar Allahverənovun əslən azərbaycanlı olduğu bildirilir.

Məlumata görə uzun illərdir ki, qaydasız və əlbəyaxa döyüş növləri ilə məşğuldur, eyni zamanda Dəmiryolu institutunda oxuyur.

1992-ci ildə Xabarovsk diyarının Amursk şəhərində anadan olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG