Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:17

Rusiyada tapılmış ‘bir çanta əl’ müəmması


Siberian Times qəzetindən şəkil
Siberian Times qəzetindən şəkil

Rusiya müstəntiqləri bildirirlər ki, Uzaq Şərqdəki Xabarovsk şəhərində dənizin sahilə çıxardığı bir çanta amputasiya edilmiş əl heç bir cinayətlə bağlı deyil.

Bu çanta aşkar edilməzdən əvvəl, martın 6-da bir balıqçı Amur çayındakı adada kəsilib atılmış insan əli tapmışdı.

Regional İstintaq Komitəsi bildirib ki, amputasiya edilmiş 26 əlin yerli tibbi-ekspertiza laboratoriyasından olduğu müəyyən edilib. Bu laboratoriyada meyitlərin autopsiyası və identifikasiyası keçirilir.

Komitənin bəyanatında deyilir ki, “bu predmetlər cinayət mənşəli deyil, sadəcə olaraq qanunda nəzərdə tutulmamış şəkildə tullanıb”.

RIA Novosti agentliyi bildirir ki, sözügedən ərazidə tibb bandajları və xəstəxanalarda geyinilən ayaqqabı örtükləri də aşkar edilib.

Yerli media yazır ki, bu hadisə Rusiya tibb ekspertlərinin gələcək identifikasiya və tutuşdrimalar üçün meyitlərin əllərini kəsib saxlamaq praktikasını təsdiq edir.

Lakin bu halda identifikasiya üçün sadəcə olaraq barmaq izlərinin saxlanmaması təəccüb doğurur.

İngilisdilli Siberian Times qəzetində dərc edilmiş ekspert rəylərində hadisə barəsində rəsmilərin verdiyi məlumat şübhə altına alınır və bildirilir ki, laboratoriyanın kimliyini müəyyənləşdirə bilmədiyi çox sayda meyit ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG