Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:28

Xəlil Rzanın həyat yoldaşı pulunu tələb edir


X.Rza xanımı ilə.

Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Xəlilova şikayətçidir. Bunu sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində də dilə gətirib.

Məhkəmədə dələduzluqda suçlanan Mirzə Şəmsiyevin işinə baxılır. Cinayət işinin materiallarında yazılıb ki, o, X.R.Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adıyla mərhum şairin həyat yoldaşından 3 min 900 manat pul alıb. Amma nə kitab nəşr olunub, nə də pul qayıdıb. Ona görə də F.Xəlilova polisə şikayət edib.

Sentyabrın 21-də məhkəmədə prokuror M.Şəmsiyevin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Ardınca fikrini bildirməsi üçün F.Xəlilovaya söz verilib. O deyib ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanın bir hissəsini ödəyib, 1600 manat qalıb. Həmin pulu da tələb edir.

M.Şəmsiyevin vəkili məhkəmədən vaxt istəyib. Ona sentyabrın 28-nə qədər vaxt verilib.

M.Şəmsiyev özünü qismən təqsirli bilir. Deyir ki, onun şairin ailəsini aldatmaq fikri olmayıb: «Pulu vermişdim nəşriyyata, çap etdirmək üçün danışmışdım, alınmadı...».

Bu cinayət işində başqa zərərçəkənlər də var. M.Şəmsiyevin onları işə düzəltmək vədiylə aldatdığı və ümumilikdə onların 100 min manata qədər pulunu ələ keçirdiyi iddia olunur.

Həmin zərərçəkənlər dəymiş ziyan ödənilmədiyinə görə şikayətçi olduqlarını söyləyirlər.

Multimedia

XS
SM
MD
LG