Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:58

Bakı-Gəncə sürət qatarında Wi-Fi da olacaq?


Bakı-Sumqayıt qatarı

«2017-ci ilin sonuna kimi «Azərbaycan Dəmir Yolları»nın Bakı ilə Gəncə arasında sürət qatarı işləyəcək».

«Gediş haqqı 15 manat təşkil edəcək və qatar Gəncəyə 3,5 saata çatacaq»

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri Cavid Qurbanov sentyabrın 7-də jurnalistlərə açıqlamasında belə deyib.

Sürətin saatda 100-140 kilometr olacağı bildirilir. Qatarlar hər cür şərait, o cümlədən Wi-Fi ilə təchiz edilməlidir.

«Gediş haqqı 15 manat təşkil edəcək və qatar Gəncəyə 3,5 saata çatacaq», - deyə Cavid Qurbanov bildirib.

Buna da bax:​ Azərbaycanda qatarların sürəti artacaq

«Azdəmiryol»da kredit cəlbi haqda düşünür...

Sürətin saatda 100-140 kilometr olacağı bildirilir. Qatarlar hər cür şərait, o cümlədən Wi-Fi ilə təchiz edilməlidir.

Cavid Qurbanov həmçinin, "Azərbaycan Dəmir Yolları"nın xaricdən kredit cəlb etmək niyyətləri haqda da danışıb.

«20-25 illik müddətə, həm də aşağı faiz dərəcələri ilə kredit cəlb edə bilsək, pis olmaz. Həmin kreditlər QSC-nin həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə yönələcək», deyən C.Qurbanov əlavə edib k, ölkə daxilində həyata keçirilən təmir işləri cəmiyyətin əldə etdiyi gəlir hesabına aparılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG