Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:16

Azərbaycanda qatarların sürəti artacaq


Qatar
Qatar

-

«Azərbaycan Dəmir Yolları» rəhbərliyi qatarların sürətini saatda 120 kilometrədək artırmaq haqda düşünür.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov belə deyib. «Trend»in xəbərinə görə, bu yaxın iki il ərzində baş verəcək.

««Azərbaycan Dəmir Yolları»nın rəhbərliyi qatarların sürəti ilə bağlı problemdən xəbərdardır. Hazırda onun həlli üzərində işləyir. Yaxın vaxtlarda qatarların sürəti kifayət qədər rəqabətqabiliyyətli olacaq», - deyə Taleh Ziyadov bildirib.

Hazırda Azərbaycanın dəmir yollarında maksimal sürət saatda 100 kilometrdir. Bu, həm yük, həm də sərnişin qatarlarına aiddir.

Bu, dünyada aşağı sürət rejimlərindən sayılır.

Dünyada əsasən saatda 140 kilometrlə hərəkət edən qatarlar sürət qatarları sayılır. Saatda 200-dən çox sürətlə hərəkət edənlər isə «yüksəksürətli qatarlar» adlandırılır.

XS
SM
MD
LG