Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:39

Şimali Koreyada həbsdən yenicə azad olunmuş amerikalı tələbə öldü


16 mart 2016

Bir həftə öncə Şimali Koreyada həbsdən azad olunmuş amerikalı tələbə Otto Warmbier vəfat edib. O, öz evinə koma vəziyyətində gətirilmişdi. Qohumlarının verdiyi məlumata görə Warmbier Ohayo ştatındakı Cincinnati xəstəxanasında iyunun 19-da ölüb.

“Təəssüf ki, şimali koreyalılar təfərindən ona qarşı dəhşətli davranış başqa cür nəticələnə də bilməzdi” deyə qohumların müraciətində qeyd olunur.

Otto Warmbier Şimali Koreyaya 2015-ci ilin dekabrında turist qrupu ilə birlikdə getmişdi. Az sonra onu oteldən təşviqat posterini oğurlamaqda suçlayaraq həbs etmişdilər.

Tələbə günahını boynuna almışdı və onu 15 il ağır əmək cəzasına məhkum etmişdilər. 2016-cı ilin yazında komaya düşmüşdü. Şimali Koreya hökumətinin dediyinə görə, buna səbəb Warmbier-in botulizm xəstəliyinə tutulması və yuxu həbi qəbul etməsi olmuşdu.

Rəsmi Pxenyan 22 yaşlı Warmbier-i bir həftə öncə “humanitar əsaslar” adı altında azad etmişdi və onu ABŞ-a yollamışdı. Amerika həkimləri gəncə beyin hüceyrələrinin geniş məhvi diaqnozu qoymuşdu, onun orqanizmində botulizmin aşkar olunmadığını da qeyd etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG