Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Putin kosmodroma görə rəsmiləri danlayıb


Rusiyanın Uzaq Şərqindəki kosmodroma səfəri zamanı Rusiya prezidenti Vladimir Putin deyib ki, o rəsmilərdən bu obyektə “daha məsuliyyətli yanaşma” gözləyirdi.

Vostoçnı kosmodromunun adı tez-tez korrupsiya qalmaqalları ilə bağlı çəkilir. Üstəlik bu start meydançasının istifadəyə verilməsi dəfələrlə təxirə salınıb.

Sentyabrın 6-da Roskosmos agentliyinin rəhbəri Dmitry Rogozin və bu qurumun digər rəsmiləri ilə görüşündə Putin deyib ki, Amur vilayətindəki Vostoçnı kosmodromundan “daha məsuliyətlə istifadə oluna bilər və olunmalıdır”.

Çin sərhədinin yaxınlığındakı bu kosmodrom Rusiyanın Qazaxıstandan icarəyə götürdüyü Baykonur kosmodromundan asılılığını azaltmalı idi.

2016-cı ildən bəri Vostoçnı kosmodromundan bir neçə pilotsuz raketin startı olub. İlk pilotlu raketin uçuşu ötən ilə planlaşdırılmışdı.

Putin bu müşavirədə rəsmilərə deyib ki, kosmodromla bağlı bütün göstərişlərə vaxtında əməl edilməlidir.

Rogozin öz növbəsində deyib ki, Angara raketinin buraxılması üçün start meydançasının tikintisi qrafikə uyğun şəkildə həyata keçirilir:

"Bizim hələ bu işi görmək üçün 40 ayımız var. Bugün bizdə 100 faizlik əminlik var ki, layihə vaxtında icra olunacaq”.

Ümumi dəyəri 6 milyard dollar olan bu layihənin yeganə problemi gecikmə deyil.

Bundan əvvəl layihə ilə bağlı korrupsiya iddiaları səsləndirilib. Bu da qeyd olunur ki, obyektdə işləyənlərin maaşları aylarla gecikdirilib.

Bu kosmodromun layihələndirilməsində iştirak etmiş bir neçə rəsmi mənimsəmə və dələduzluq ittihamlarıl ilə həbs olunub.

Rusiyanın kosmik proqramı son illərdə bir sıra uğursuzluqlara düçar olub.

Ötən oktyabrda göyərtəsində ABŞ astronavtı Nick Hague və Ruisiya kosmonavtı Aleksei Ovchinin olan raket uçuşun 2-ci dəqiqəsində texniki qəzaya uğrayıb.

Kosmonavtlar qəza zamanı uğurla katapult edərək Yerə qayıdıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG