Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:15

Deputatlar Leninin dəfniylə bağlı qanun layihəsi təqdim edib


Vladimir Lenin
Vladimir Lenin

“Vahid Rusiya” və “Liberal Demokrat Partiyası”nın Dğvləd Dumasındakı fraksiyalarının deputatları Vladimir Leninin qalığının dəfn edilməsilə bağlı qanun layihəsi təqdim ediblər.

Sənəddə bunun üçün hüquqi mexanizm nəzərdə tutulur.

Bu barədə aprelin 20-də russian.rt.com və digər Rusiya saytları məlumat yayıblar.

Deputatların sözlərinə görə, qanun layihəsi bolşeviklərin öndəri Vladimir Leninin doğum günü (22 aprel) münasibətilə hazırlanıb.

Bu təşəbbüsün müəllifləri, Ali məhkmədə Dövlət Dumasını təmsil edən Vladimir Sısoev,İvan Suxarev, Aleksandr Kurdyumov, Yevgeni Marçenko və Nikolay Brıkindir.

“Dəfn haqda qanuna düzəlişlərdə biz tarixi şəxsiyyətlərin qalıqlarının dəfn edilməsi məsələsi ilə məşğul olacaq idarələrarası komissiya yaradılmasını təklif edirik. Söhbət bolşeviklərin lideri Vladimir Lenindən gedir. Hazırda qanunvericilikdə bunun üçün hüquqi əsas yoxdur. Təqdim edilən qanun layihəsi bu boşluğu dolduracaq və nəhayət Lenin məsələsinə nöqtə qoyacaq.Rusiya vətəndaşlarının əksəriyyəti belə bir qərarın tərəfdarıdılar” Vladimir Sısoev RT-ə deyib.

“Leveda-Mərkəzi”nin bu ərəfədə keçirdiyi rəy sorğusunun nəticələri göstərir ki, respondentlərin yarıdan çoxunu Leninin cəsədinin dəfn edilməsinin tərəfdarıdır.

Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin sədri mitropolit Volokolamskiy İllarion bundan əvvəl “Rossiya 24” televiziya kanalının efirində demişdi ki, Vladimir Leninin cəsdinin basdırılması üçün ictimaiyyətin razılığını gözləmək lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG