Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Ermənistan hökuməti türk şirkətindən şübhələnir


Şengen nişanı
Şengen nişanı

Ermənistanın Ədliyyə Nazirliyinin şəxsi məlumatların qorunması agentliyi Rusiya-Türkiyə şirkəti ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Araşdırmanın məqsədi odur ki, Ermənistan vətəndaşlarına Şengen vizası verilməsi üçün onların şəxsi məlumatlarına çıxış əldə edəcək "Vizametrik"in fəaliyyətinin yerli qanunvericiliyə uyğun olub-olmadığı aydınlaşdırılsın.

Aprelin 3-dən etibarən, Ermənistan vətəndaşlarının Almaniya, Belçika, Hollandiya, Lüksemburq, Avstriya və İsveçin Şengen vizalarının alınması üçün müraciətlərini daha Almaniya səfirliyi yox, "Vizametrik" Rusiya-Türkiyə konsorsiumu qəbul edəcək.

Bu haqda martın 28-də Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib.

Ermənistanda bu xəbər bəzilərində narahatlıq yaradıb. Ermənistanla münasibətləri normal olmayan Türkiyəyə məxsus şirkətə belə bir işin həvalə edilməsi onların ürəyincə deyil. Bəziləri ehtiyat edir ki, Ermənistan vətəndaşlarının şəxsi məlumatları Türkiyə hökumətinin əlinə keçə bilər.

Buna da bax: Serj Sarkisyandan qalmaqallı təyinat

Ermənistanın Ədliyyə Nazirliyi bildirib ki, araşdırmanı "mümkün qanun pozuntularının önlənməsi üçün" başlayıb.

Nazirlik öz açqlamasında qeyd edir ki, araşdırmanın nəticəsi barədə cəmiyyətə məlumat veriləcək.

Bəzi erməni deputatlar da "Vizametrik"lə bağlı narahatlıqlarını bildiriblər.

Parlamentin beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Armen Aşotyan Facebook-da yazıb ki, bu məsələ ilə bağlı narahatlığının səbəbini hökumətə ünvanladığı müraciətdə ətraflı izah edib.

"Vizametrik" şirkətinin məsələyə münasibəti bəlli deyil.

XS
SM
MD
LG