Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Virusun yayılması sürətlənir, elə vaksinlərin istehsalı da...


Almaniya rəsmiləri dekabrın 30-da Avropa İttifaqını COVID-19-a qarşı ikinci vaksini tez bir zamanda təsdiqləməyə çağırıblar.

Bundan bir neçə saat əvvəl Britaniya hakimiyyət orqanları Oksford Universiteti və AstraZeneca şirkətinin müştərək əməyinin məhsulu olan ilk Avropa vaksinindən kütləvi istifadəyə icazə verib.

Almaniyanın səhiyyə naziri Yens Span AstraZeneca vaksininin çevik bir şəkidə yoxlanmasına çağırıb.

O deyib ki, koronavirus pandemiyası ilə mübarizədə vaksinlər həlledici rol oynayacaq.

Span habelə ABŞ biotexnoloji şirkəti Modernanın hazırladığı vaksinin təsdiqinə çağırıb.

Bu vaksin artıq yanvarın əvvəllərindən istifadəyə verilə bilər.

İsrail artıq 500 min nəfəri peyvəndləyib

Almaniya naziri deyib ki, onun ölkəsi dekabrın 31-dək Pfizer/BioNTech vaksinindən 1.3 milyon doza almağı planlaşdırır. Bu vaksin artıq bir çox Qərb ölkələrində peyvəndləməyə verilib.

Koronavirusun daha sürətlə yayılan yeni ştammının aşkar olunmasından sonra vaksinlərin istifadəyə verilməsi Avropada ümidlər yaradıb.

Britaniya AstraZeneca vaksinindən 100 milyon doza sifariş etdiyini bildirib. Bu qədər vaksin 50 milyon nəfərin peyvəndlənməsinə imkan yaradacaq.

Avropanın başqa ölkələrində və ABŞ-da vaksinlərdən istifadədə ləngimənin hiss olunduğu bir vaxtda İsrail 500 min nəfəri peyvəndləyib. Bu, ölkə əhalisinin 5 faizidir.

İsrailin Səhiyyə Nazirliyi dekabrın 29-da bildirmişdi ki, 70 yaşdan yuxarı əhalinin 20 faizinə vaksinin iki dozasından biri artıq vurulub.

Virusun yeni ştammı daha ölümcül deyil, amma...

Koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış daha sürətlə yayılan yeni ştammı Birləşmiş Ştatlar, Hindistan və Latın Amerikasında da qeydə alınıb.

Bütün əlamətlər bu ştammın qlobal miqyasda yayılacağını göstərir.

Dekabrın 29-a olan məlumata görə Avropa, Asiya, Yaxın Şərqdə 20 ölkədə, habelə Kanada və Avstraliyada da yeni ştamm aşkarlanıb.

Virusların mutasiya edərək yeni ştammlar yaratması normal haldır və alimlər deyirlər ki, virusun bu növünün heç də daha ölümcül və qorxulu olduğu düşünülmür.

Bu ştammın mövcud vaksinlərə daha müqavimətli olacağı da gözlənilmir.

Ştammın yeganə qorxulu cəhəti onun daha sürətlə yoluxa bilməsidir.

Daha sürətli yoluxma xəstəxanalarda çarpayı çatışmazlığı yarada bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG