Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

AstraZeneca vaksini də təsdiqləndi


Nyu York
Nyu York

İsraildə doqquz gün ərzində 500 mini nəfərə, əhalinin 5 faizinə peyvənd vurulub

Dekabrın 30-da Britaniya hökuməti Oksford Universitetinin hazırladığı vaksinin istifadəyə təsdiqləndiyini bildirib. Bu, ölkədə rəsmən təsdiqlənən ikinci vaksindir.

Britaniya bu vaksindən 50 milyon nəfərə yetəcək 100 milyon doza sifariş edib.

Ayın əvvəlində Pfizer-BioNTech vaksini təsdiqlənəndən 600 mindən çox insana peyvənd vurulub.

***

Birləşmiş Ştatlarda da virusun yeni variantı aşkarlandı

Birləşmiş Ştatlarda, Hindistanda və Latın Amerikasında koronavirusun yüksək yoluxucu variantı aşkarlanıb. Bu, ilk dəfə Britaniyada qeydə alınmış ştammdır.

Dekabrın 29-da yeni ştammın aşkarlandığı ölkələrin sayı 20-ni keçib. Səyahət qadağaları tətbiq edən ölkələrin də sayı artmaqdadır.

ABŞ rəsmiləri daha öncə də yeni variantın ölkədə mövcud ola biləcəyi haqda xəbərdarlıq etmişdilər.

B.1.1.7 adlı yeni variant ilk dəfə Kolorado ştatında, heç vaxt səyahət etməmiş 20 yaşlarında bir kişidə tapılıb. Bu da ştammın ölkədə artıq geniş yayılması ehtimalını gücləndirir.

Virus mutasiyaları normal sayılır və alimlər yeni variantın daha ölümcül, yaxud daha kəskin yoluxmalara səbəb olmadığına inanırlar. Onun vaksinlərə davamlı olacağına da inam yoxdur. Ancaq Britaniya alimləri onun yoluxdurma səviyyəsinin yüksək olduğunu deyirlər.

Elə bu səbəbdən AB-nin səhiyyə agentliyi xəbərdarlıq edib ki, yeni ştamma daha çox insan yoluxarsa xəstəxanaya yerləşdirilənlərin, ölənlərin sayı arta bilər.

Cənubi Afrikada yayılmış ştamm da narahatlıq yaradır, bu ölkədə yoluxma hallarında artım qeydə alınır.

Konqresmen xəstəlikdən vəfat edib

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Co Bayden xəbərdarlıq edib ki, vaksinlərin vurulmağa başlanmasına baxmayaraq növbəti həftələr və aylar “bütün pandemiyanın ən ağır dövrü” ola bilər.

Bu yaxınlarda Luizana ştatından Nümayəndələr Palatasına seçilmiş 41 yaşlı Lyuk Letlou COVID-19-dan vəfat edib. O, yanvarın 3-də konqresmen kimi and içəcəkdi.

40 milyon nəfərin yaşadığı Kaliforniyanın qubernatoru ştatın cənubunda və kənd təsərrüfatıyla ad çıxarmış San Xoakin qraflığında üç həftəlik karantini qeyri-müəyyən müddətə uzadıb.

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Dekabrın böyük hissəsi ABŞ-da günə ortalama 200 mindən çox yoluxma və 2 mindən artıq ölüm qeydə alınıb. Hazırda 120 mindən şəxsin xəstəxanada olduğu bildirilir.

Dünyanın bir sıra böyük şəhərlərində – Nyu York, Rio de Janeyro, Sidneydə Yeni il şənlikləri məhdudlaşdırılıb.

Amma 2021-ci ilin yaz-yay aylarına qədər koronavirusa qarşı vaksinlərin daha geniş ictimaiyyətə əlçatan olacağına ümidlər yaranıb.

İsraildə doqquz gün ərzində 500 mini nəfərə, əhalinin 5 faizinə peyvənd vurulub.

Səhiyyə Nazirliyinin dekabrın 29-da açıqlamasına görə, yaşı 70-dən yuxarı olanların 20 faizə qədərinə vaksinin ilk dozası vurulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG