Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

Etirazçıların üstünə maşın sürüldü. Ölən var [Video]


ABŞ boyu etiraz aksiyaları başlandı
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

ABŞ boyu etiraz aksiyaları başlandı

Avqustun 12-də ABŞ-ın Virginia ştatında ağdərili millətçilər və ifrat sağçıların kütləvi aksiyası faciə ilə bitib.

Bu aksiyaya yürüşlə etiraz edənlərin üzərinə maşın sürülüb.

Nəticədə 1 qadın ölüb, daha 19 nəfər xəsarət alıb.

ABŞ-ın federal hüquq-mühafizə orqanları Charlottesville şəhərində baş vermiş hadisəni araşdırmaq üçün təhqiqata başlayıblar.

Polis maşının sürücüsü, 20 yaşlı James Alex Fields-i şübhəli qismində saxlayıb.

Ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

O yaxınlıqdakı Ohio ştatında yaşayır.

Hadisə həvəskar kameralarına düşüb. Yüksək sürətlə hərəkət edən maşın insanları vurandan sonra arxadan başqa bir maşına çırpılır.

Bundan sonra sürücü maşını geri verib aradan çıxmağa çalışır.

Aksiya ilə eyni zamanda hərbi helikopter də qəzaya uğrayıb.

Polis bunun da aksiya ilə əlaqəli olduğunu, bir pilotun və bir sərnişinin həlak olduğunu bildirib.

Charlottesville sakinləri hadisə qurbanlarını yad edirlər. 13 avqust, 2017
Charlottesville sakinləri hadisə qurbanlarını yad edirlər. 13 avqust, 2017

Baş prokuror Jeff Sessions deyib ki, "bu zorakılıq və ölüm Amerika qanunları və ədliyyə sisteminin ürəyinə vurulan zərbədir".

Sessions əlavə edib ki, irqçilik, cəhalət və nifrətdən qaynaqlanan belə əməllər Amerika dəyərlərinə ziddir və onlara qarşı barışmaz olmaq gərəkdir.

Sessions Federal Təhqiqat Bürosunun rəhbəri Chris Wray ilə də müzakirələr aparıb.

FTB əməkdaşları indi hadisə yerində araşdırma aparırlar.

Virginia qubernatoru Terry McAuliffe ştatda fövqəladə vəziyyət elan edib və asayişin qorunması üçün Milli Qvardiyanın hərbçiləri səfərbər edilib.

İfrat sağçıların kütləvi aksiya keçirməsinin səbəbi o olub ki, şəhər rəhbərliyi ABŞ-dakı Vətəndaş Müharibəsi zamanı həm Şimali Virciniya ordusuna, həm də ümumilikdə cənub ştatlarının ordusuna komandanlıq etmiş Robert E. Lee-nin heykəlini sökmək haqda qərar verib.

O zaman cənub ştataları quldarlığın qorunub saxlanmasına çalışırdılar.

Bu aksiyaya əvvəlcə icazə verilsə də, avqustun 12-də küçələrdə baş vermiş toqquşmalardan sonra həmin icazə ləğv edilmişdi.

Həmin gün səhər ifrat sağçılarla onlara etiraz edənlər arasında toqquşmalar olmuşdu.

Prezident Donald Trump da baş verənləri qətliyyətlə pisləyib.

O "bütün tərəflər"in törətdiyi zorakılığı pisləyib.

Trump deyib ki, heç kim küçəyə çıxanda qorxmamalı, cəhalət və nifrət aradan qaldırılmalıdır:

"Biz dinindən, irqindən, millətindən asılı olmayaraq hamımız amerikalıyıq. Biz bununla fəxr edirik. Biz bu hadisəni araşdırmalıyıq. Bilməliyik ki, belə hadisələr niyə baş verir."

İfrat sağçılar aksiya keçirir, 12 avqust, 2017
İfrat sağçılar aksiya keçirir, 12 avqust, 2017

Trump deyib ki, bununla yanaşı amerikalılar bir-birinə qarşı sevgi nümayiş etdirməldiir, nifrət yox.

Prezident Virginia polisinə gördüyü işə görə təşəkkür edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG