Keçid linkləri

Təcili xəbərlər
2020, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Vilyam Hacıyev azadlığa çıxmaq istəyir


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyev haqqındakı həbs qərarıyla razılaşmır. O, Səbail Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verib.

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Hakim Namiq Məmmədov sabiq icra başçısının şikayətini təmin etməyib. V.Hacıyevin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, son vaxtlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları nəticəsində həbs olunanlardan V.Hacıyevdən başqa yalnız Ağstafa Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Ramiz Tatarov şikayət vermişdi. Lakin onun da apellyasiya şikayəti təmin olunmayıb.

V.Hacıyev və həbsdə olan digər icra başçıları vəzifə cinayətlərində - CM-in 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunurlar.

Bu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG