Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Türkiyə 'antimüsəlman video oyunlarını' qadağan edir


"Vəzifə borcu" oyunundan kadr
"Vəzifə borcu" oyunundan kadr

Newsweek məcmuəsi yazır ki, bütün dünyada milyonlarla insanı əyləndirən “Vəzifə borcu” (Call of Duty) və “Gitara qəhrəmanı” kimi video oyunları Türkiyədə qadağan edilib.

Türkiyənin Gənclər və İdman Nazirliyi bildirib ki, xaricdə hazırlanan bir çox oyunlar bilərəkdən müsəlmanlara qarşı nifrət və islamofobiya yaratmağa hesablanıb.

Nazirliyin Təhsil, Mədəniyyət və Araşdırma Komissiyasının başçısı Hüzeyfe Yılmaz Türkiyə parlamentinə deyib ki, ölkədə 25 milyon adam gündə 39 milyon saat video oyunlarını oynayır.

Yilmaz bunu da bildirib ki, bir çox oyunlar açıq seksual məzmunludur və zorakılğı təbliğ edir.

O deyib ki, çox sayda oyunların məzmunu islamofobdur və buna görə də Türkiyədə video oyunların satışına məhdudiyyət tətbiq edilməlidir.

Hürriyet qəzetinin yazdığına görə Yılmaz bildirib ki, ümumiyyətlə rəqəmsal oyunların çoxu islamofobiyanı yayır.

Rəsmi bunu da əlavə edib ki, bu oyunlarda, məsələn bir əsgər daha çox müsəlman qırmaqla xal qazanır. Bu oyunlarda müsəlmanlar terrorçu kimi təsvir olunur.

Hökumətin internet saytında artıq 19 “islamofob” oyunun siyahısı verilib. Qara siyahıya düşən oyunların arasında “Vəzifə borcu” da var.

Tekken Tag Tournament 2 oyunu Türkiyənin qadağan siyahısına düşüb
Tekken Tag Tournament 2 oyunu Türkiyənin qadağan siyahısına düşüb

Hökumət saytında deyilir ki, bu oyunun seriyalarından biri olan “Müasir silahlar 2” (Modern Warfare 2) oyununda tualetin üstündə Məhəmməd peyğəmbərin hədislərindən biri yazılıb. Oyunun yaradıcısı Activision bildirib ki, artıq 2012-ci ildə oyuna düzəliş edilərək təsvir dəyişdirilib.

Qadağan siyahısında olan “Gitara qəhrəmanı III: Rok əfsanəsi” (Guitar Hero III: Legends of Rock) oyununda oyunçular müxtəlif musiqi çıxışları edirlər. Türkiyə nazirliyinin bildirdiyinə görə buradaca ərəbcə yazılmış “Allah” sözünün üstündə rəqs edirlər.

Activision bu oyuna qarşı iradlar barədə Newsweek məcmuəsinə şərh verməyib.

“Rezident Şər” (Resident Evil) video oyunu da qadağan siyahısındadır. Nazirlik bildirir ki, bu oyunda Quran kimi təsvir edilən kitab kitabxana döşəməsinə atılıb.

“Tekken Tag Tournament 2” adlı oyunda isə “Allah” sözü oyun meydançasının döşəməsinə yazılıb.

Oyunun istehsalçısı Bandai Namco Games bildirib ki, oyuna 2012-ci ildə düzəliş edilib və “Allah” sözü oradan çıxarılıb.

Pac-Man oyunu qara siyahıdan çıxarılıb
Pac-Man oyunu qara siyahıdan çıxarılıb

Əvvəllər bu sayıhıda bütün dünyada məşhur Pac-Man oyunu da olub. Bu oyunda əsas qəhrəman kiçik nöqtələri udur və ruhlar tərəfindən təqib edilir. Nazirliyin saytında bildirilirdi ki, oyunda “hicablı müsəlman qadınları toplayırlar”. Amma indi bu oyunun adı qadağan siyahısında yoxdur.

Yilmaz deyib ki, nazirlik bundan sonra öz video oyunlarını buraxacaq. Onun sözlərinə görə belə oyunlardan biri – Nüsrət artıq hazırdır və onu internetdən 2, 5 milyon dəfə endiriblər.

Oyun sənayesinin ekspertləri də bu qənaətdədirlər ki, Qərbdə istehsal olunmuş oyunlarda müsəlman obrazları qərəzli şəkildə verilir.

2016-cı ildə San Fransiskoda keçirilmiş Oyun İstehsalçıları Konfransında qeyd olunmuşdu ki, bir çox müasir oyunlarda müsəlmanlar mənfi obrazlar kimi təqdim olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG