Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:57

Vidadi Zeynalov azadlığa buraxılıb


V.Zeynalov
V.Zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verərək bildirib ki, o, martın 15-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla azadlığa çıxıb.

«Cəmi yeddi ayı qalmışdı. Səhhətində ciddi problemlər vardı. Həbsdən əvvəl dizindən əməliyyat olunmuşdu. Onurğasında da problemlər vardı», – yaxınları belə deyir.

V.Zeynalovun haqqında hökm xeyli əvvəl qüvvəyə minsə də, o, istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməmişdi. O, martın 15-də elə Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla Beytulla Hüseynovun hər biri 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il azadlıqdan məhrum ediliblər. «Aztelekom»un sabiq rəhbəri Məhəmməd Məmmədov, baş mühasibi Oqtay Rüstəmov və daha üç nəfərə isə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsi V.Zeynalovun cəzasını 4 ilə, B.Hüseynovun cəzasını isə 7 il 6 aya endirdi.

N.Məmmədov, E.Məmmədov, A.Mustafayev və Q.Bəybalayevə münasibətdə də CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub, onlar da azadlığa buraxılıb.

2015-ci ilin oktyabrında MTN-də aralarında generallar da olmaqla, 20-yə qədər vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatdan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra vəzifəli şəxsləri də həbs ediliblər.

«Rabitə işi» üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanırlar. İttihama görə, onlar nazirliyin tabeliyində olan qurumlarda təmir-tikinti zamanı xərcləri qəsdən şişirdib, qiymətləri bir neçə dəfə baha göstərməklə, tenderlərdə özlərinə yaxın şirkətlərin qalib göstərməklə dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaiti mənimsəyiblər. Bu iş üzrə dövlətə dəymiş ümumi ziyanın məbləği 153 milyon göstərilib.

Birinci instansiya məhkəməsində bu işə baxılarkən vurulmuş ziyandan B.Hüseynov 10 milyon, V.Zeynalov isə 3 milyon manat ödəyib.

Bakı Apellyasiya Məhkəməsi isə V.Zeynalov və B.Hüseynovun cəzasını azaltmaqla yanaşı, onların 2009-cu ilə qədər əldə olunmuş əmlakları üzərinə həbsi də götürmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG