Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 06:22

İqtisadçı: ‘Gürcüstanda gəlirlərin 94%-i vergilər hesabınadır, Azərbaycanda bu heç ...’


"Bağlanırıq. Son tarix..." Bakıda tezliklə bağlanacaq mağaza.

Rəsmi məlumata əsasən, növbəti ilin büdcə gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılıb. Kəsir isə 920 milyon manat təşkil edəcək.

Deputat Vahid Əhmədov deyib ki, büdcə layihəsinin müzakirəsi zamanı qaldırdıqları bir sıra təkliflər nəzərə alınıb. Xüsusilə ehtiyac minimumu və əlil uşaqların müavinətlərinin artırılması:

“Bəli, problemlərin hamısının birdən həllinin mümkünsüzlüyünü başa düşürük. Ancaq maliyyə naziri Samir Şərifov dedi ki, müzakirələrdə qaldırılan məsələlər diqqət mərkəzindədir, hökumət bunlarla məşğul olacaq”.

Buna da bax: Hər üç işçidən biri müqaviləsiz çalışır

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat yaşayış minimumu ilə əlaqədar iradlarını Milli Məclisdə səsləndirdiklərini söylədi:

“Biz istəyirik ki, ehtiyac minimumu yaşayış minimumuna çatsın, amma müəyyən qədər artırıldı (Yaşayış minumumu 173 manat oldu. Təqribən 11 faiz artdı - AR) . Büdcənin də imkanlarını nəzərə almaq lazımdır. Əlbəttə, hazırda yaşayış minimumu azdır, ancaq imkan daxilində tədricən artırılır”.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

Neftdən asılılıq davam edir

Vahid Əhmədovun sözlərinə görə, büdcənin neft gəlirlərindən asılılığı uzun müddət olacaq.

“Büdcənin əsas hissəsi neft gəlirlərindən təşkil olunacaq. Bu vəziyyət qeyri-neft sektoru dirçələnə qədər davam edəcək”.

“Əgər 4-5 ilə tibbi sığorta gerçəkləşsə...”

Buna da bax: ASAN-Xidmət: 35 faiz işçi müqaviləsiz işləyir

“Səhiyyə xərcləri Gürcüstandan fərqli olaraq Azərbaycanda niyə azdır” sualına deputat cavab verib ki, hökumət daha çox diqqəti təhsilə yönəldib:

“Bu, insan kapitalına diqqətin böyük əhəmiyyət kəsb etdiyini göstərir. Səhiyyə xərclərinə gəldikdə, müəyyən xəstəliklər var ki, dövlət onları nəzarətdə saxlayır. Həm də özəl klinikalar həddən artıq çoxaldığından dövlət bu istiqamətdə yükü müəyyən qədər götürüb.

Hökumət hazırda daha çox icbari tibbi sığortanın həyata keçirilməsinə çalışılır. Bu layihə gerçəkləşsə, əhalinin ciddi problemləri olmamalıdır. Bir sıra rayonlarda pilot layihələr həyata keçirilir. Əgər 4-5 ilə tibbi sığorta gerçəkləşsə, səhiyyə ilə bağlı problemlər öz həllini tapacaq”.

Buna da bax: Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?

Deputat son illər cərimələrin artırılması məsələsinə də toxunub:

“Mən cərimələrin sərtləşdirilməsinin tərəfdarı olmamışam. Amma dövlət büdcəsinə vəsaitin gəlməsi ilə bağlı cərimələrdə müəyyən dəyişikliklər olur”.

Keçmiş deputat, iqtisadçı-alim Nazim Bəydəmirlinin isə növbəti ilin büdcə layihəsi barədə təəssüratı müsbət deyil:

Buna da bax: Kütləvi bağlanan dükanlar [fotolar]

Gürcüstanla müqayisə...

Nazim Baydəmirli
Nazim Baydəmirli

“Əsas səbəb iqtisadiyyatımızın neftdən asılı olaraq qalmasıdır. Neftin qiyməti və dünya bazarında neftə tələbat Azərbaycan iqtisadiyyatının aparıcı amillərindən biridir. Büdcəyə daxil olmalara baxdıqda cari xərcləri, hələ də iqtisadi fəaliyyətlə qarşılamaq mümkün deyil. 2009-cu ildə prezident müvafiq qurumlar qarşısında tələb qoymuşdu ki, büdcənin cari xərcləri iqtisadi fəaliyyətdən, yəni vergilərdən, gömrük rüsumlarından, dövlət əmlakının özəlləşdirilməsindən və struktur islahatlarından formalaşsın. Misal üçün, vergilərin cari gəlirlərdə 50 faizdən aşağı olması, amma iqtisadi islahat aparılan Gürcüstanda büdcənin 94 faizindən çoxu vergilər xətti ilə formalaşması iqtisadiyyatın şaxələnməsinin və islahatların göstəricisidir. Çox təəssüf ki, 2018-ci ildə Dövlət Neft Fondundan olan transfertlər 9 milyard 216 milyon manat nəzərdə tutulur. Bu da 2017-ci ildəki proqnoz göstəriciləri ilə müqayisədə 51,1 faiz çoxdur. Deməli, iqtisadiyyatda neftdən asılılıq davam edir. Yaxud dövlət büdcəsində 574 milyon manat vergi olmayan sair gəlirlər nəzərdə tutulur. Hansı ki, cərimələr və cəriməyə bərabər tutulan gəlirlərdir. İkinci, 2018-ci ildə büdcə gəlirlərinin formalaşmasında vətəndaşlar tək vergi ödəyicisi kimi yox, həm də məcburi olaraq inzibati məsuliyyətə cəlb olunaraq gəlirlərin formalaşmasında rol alacaqlar. Bu, anormaldır...”.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Nazim Bəydəmirli bildirib ki, büdcənin indiki durumunun obyektiv səbəbi Azərbaycan iqtisadiyyatının “kölgə iqtisadiyyatı” səviyyəsində qalmasıdır.

“Görünür, “paket maaşlar” cərimələr hesabına qanuniləşdirilir”

İqtisadçı vurğulayır ki, bəzi araşdırmalara görə, ümumu daxili məhsulun (ÜDM) üçdə iki hissəsi “kölgə iqtisadiyyatı” hesabına formalaşır. “Kölgə iqtisadiyyatı” isə vergi ödəməkdən yayınır:

Buna da bax: Belə neft gəliri olan ölkənin yollarına baxanda...

“Gürcüstanda ödənilən maaşdan 20 faiz sosial vergi tutulur və Sosial Müdafiə Fondu da ləğv olunub. Ona görə vergilərin gəlirlərin strukturundakı çəkisi 94 faizdən çoxdur. Hökumət fiziki şəxslərin gəlir vergisini artırmalıdır, ilk növbədə iş adamların ikili mühasibatlıqdan yararlanmasının qarşısı alınmalıdır. Baxın, ölkədə rəsmən çalışanlar 1 milyon 500 min nəfərdən çoxdur. Aparılan “islahatlar”la, tutulan inzibati cərimələrlə dövlət qurumlarının işçilərinin sosial müdafiəsini gücləndirirlər. Prezident Administrasiyasının işçilərinin əməkhaqqına cərimələrdən əlavə olunur. Hətta Milli Məclisdə müzakirələr zamanı məlum oldu ki, deputatlar da bundan pay istəyirlər. Görünür, “paket maaşlar” cərimələr hesabına qanuniləşdirilir. Nəticədə iqtisadiyyat “kölgə iqtisadiyyatı”na yuvarlanmaqda davam edir. Bütün bunlara son qoyulması üçün Nazirlər Kabineti ciddi islahatlara məruz qalmalıdır, dövlət idarəetməsi xərclərinin kifayət qədər azaldılması üçün bir sıra qurumlar ləğv olunmalıdır. Amma əksinə olur, əlavə səhmdar cəmiyyətlər təsis olunur və bunlar büdcədən maliyyələşərək iqtisadiyyata müdaxilələr edilir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG