Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 10:33
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzaladı

Bakıdan öncə Yerevanda olan ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanla nüvə əməkdaşlığı sazişi imzalayıb. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

09:54 11.2.2026

Paşinyan: Venslə Bakıdakı erməni məhbusların məsələsi müzakirə olunub

Bakıda həbsxanalarda saxlanan erməni məhbusların məsələsi ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Yerevana səfəri zamanı müzakirə olunub. Bunu baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

"Biz bu məsələdə maksimum səssiz işləyirik. Xahiş edirəm, məndən çox detal gözləməyin. Amma deyirəm ki, bu məsələni müzakirə etmişik. Elə bir danışıq yoxdur ki, orada bu mövzuya toxunmayaq", – Paşinyan bildirib.

10:29 11.2.2026

Vens Şəhidlər xiyabanını ziyarət edib

C.D.Vens Şəhidlər xiyabanında
C.D.Vens Şəhidlər xiyabanında

Azərbaycanda səfərdə olan ABŞ vitse-prezidenti Cey Di Vens və xanımı Uşa Vens fevralın 11-də Bakıda Şəhidlər xiyabanı ziyarət ediblər. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

12:43 11.2.2026

Vens Əliyevlə məhbusların buraxılmasından da danışıb

Açıqlamada hansı məhbusların buraxılması dəqiqləşdirilməsə də, "Tramp marşrutu" və etimadyaratma kontekstində söhbət Bakıdakı erməni məhbuslardan gedə bilər.

Vensin yerli hüquq müdafiəçilərinin siyasi məhbus saydığı jurnalist və fəalların azadlığa buraxılması məsələsini Əliyevlə müzakirə edib-etmədiyi bəlli deyil.

22:49 11.2.2026

Davamı

XS
SM
MD
LG