Keçid linkləri

2026, 10 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:46
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.

Canlı Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzaladı

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri başlayıb. O, fevralın 9-10-da Yerevanda olub. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

09:54

Vens Paşinyanın yenidən seçilməsinə dəstək bildirib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyanı tərifləyib, 7 iyun parlament seçkilərində ona dəstək bildirib.

Vens deyib ki, Paşinyanın yenidən seçilməsi Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş Ermənistan-Azərbaycan razılaşmalarının gerçəkləşməsi üçün vacibdir. Ətraflı

21:02 9.2.2026

Trampın dəvətini "məmnunluqla" qəbul edib

Paşinyan Vensin səfərinin "tarixi və simvolik" əhəmiyyət daşıdığını deyib. O, Ermənistanın ABŞ-nin sülh səylərinə, eləcə də Sülh Şurasına sadiqliyini təsdiqləyib, bu ay Şuranın ilk iclasına qatılmaq üçün Trampın dəvətini "məmnunluqla" qəbul etdiyini deyib.

"Vitse-prezidentlə söhbət zamanı münasibətlərimizin daha da inkişafı üçün böyük potensialın mövcudluğunu vurğuladıq. Bu gün ən yüksək səviyyədəyik, amma qeyd etdiyimiz gündəliyin gerçəkləşməsi əməkdaşlığımızın miqyasını dəfələrlə artıracaq. Biz strateji tərəfdaşlıq qurmuşuq,... artıq bu tərəfdaşlığı konkret və görünən şəkildə göstərə bilərik", – Paşinyan vurğulayıb.


20:50 9.2.2026

ABŞ Ermənistana 11 milyon dollarlıq dron satacaq

ABŞ Ermənistana 11 milyon dollar dəyərində dronlar satacaq. Söhbət kəşfiyyat dronlarından gedir. Bunu Paşinyanla birgə mətbuat konfransında Cey Di Vens bəyan edib.

"Biz əminik ki, qurulması gərəkən sülh davamlı olacaq. Bu, yeni iş yerlərinin yaradılması, əlavə investisiyaların cəlbi deməkdir", – vitse-prezident vurğulayıb.

"Bu gün burada tarixi hadisə baş verir. Bu ölkəyə səfər edən ilk ABŞ vitse-prezidenti olmağımla fəxr edirəm", – C.D.Vens deyib.

20:01 9.2.2026

ABŞ və Ermənistan nüvə əməkdaşlığı üzrə saziş imzalayıb

Cey Di Vens və Nikol Paşinyan "ABŞ və Ermənistan Respublikası arasında dinc nüvə əməkdaşlığı sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə bəyanat"ın imzalanmış nüsxələrini göstərirlər.
Cey Di Vens və Nikol Paşinyan "ABŞ və Ermənistan Respublikası arasında dinc nüvə əməkdaşlığı sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə bəyanat"ın imzalanmış nüsxələrini göstərirlər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanın baş naziri Nikol Paşinyan ilə nüvə sahəsində əməkdaşlığı dərinləşdirməklə bağlı saziş imzalayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay Vaşinqtonda demişdi ki, ölkəsi ABŞ ilə bu sənədlə bağlı danışıqlara başlayır. Saziş nüvə enerjisindən dinc istifadə üzrə əməkdaşlığın əsasını təşkil edəcək.

Davamı

XS
SM
MD
LG