Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 06:24

Oğul iqtidardakı atasına qarşı “YouTube üsyanı” qaldırdı


Yibran Saab
Yibran Saab

Venesuelada hökumətyönlü insan haqları ombudsmanının oğlu atasına etdiyi videomüraciətlə cəmiyyəti riqqətə gətirib.

O YouTube saytına yüklədiyi videoda atasını “ədalətsizliyə son qoymağa” çağırıb.

Venesuelada müxalifət insan haqları ombudsmanı Tarek Saabı, insan haqlarının pozulmasına və ölkəni diktaturaya sürükləyən solçu prezident Nicolas Maduronun zorakılıqlarına göz yummaqda ittiham edir.

Karakasda son günlər keçirilən izdihamlı yürüşlərdə etiraz edənlər nümayişi Saabın ofisi qarşısına yönəltməyə çalışsalar da, polis hər dəfə etirazçıların qarşısını gözyaşardıcı qazlar və dəyənəklərlə alır.

Bu ayın əvvəlindən davam edən etiraz aksiyalarının əsnasında 29 nəfər həyatını itirib.

Məhz buna görə də internetdə qüdrətli atasına qarşı səsini ucaldan gəncin hərəkəti venesuelalıları şoka salıb.

Yibram Saab bu çıxışında deyir: “Ölənlərdən bir də mən ola bilərdim”.

O atasını ölkədə konstitusiyanın aliliyini bərpa etməyə çağırır. Gənc deyir ki, Ali Məhkəmə müxalifətin çoxluq təşkil etdiyi parlamentə qarşı qərar qəbul etməklə konstitusiyanı pozub.

Daha sonra oğul iqtidardakı atasına bu sözlərlə müraciət edir: "Ata: Bu anın özündə sən bu ölkəni batıran ədalətsizliyin qarşısını almaq qüdrətindəsən. Mən oğlun kimi səndən təmsil etdiyin Venesuelanın adından xahiş edirəm: Fikirləş və nəyi etməyə borclusansa onu et. Mən başa düşürəm. Bilirəm ki, bu asan deyil. Lakin bu, edilməsi düzgün olandır”.

Atalar və oğullar

Qərb mediası yazır ki, bu müraciətə ombudsman ofisindən hələlik cavab olmayıb.

Lakin bundan sonra prezident Maduronun oğlu Tvitterdə Saabın oğluna müraciət edərək mövqeyini dəyişməyə çağırıb.

Prezident oğlu atasının 2014-cü ildən bəri verdiyi bəyanatı təkrar edərək müxalifəti “terrorçu” adlandırıb.

Maduronun oğlu yazıb ki, Yibran “üç dəqiqəlik şöhrətdənsə”, atasına zəng edib dəstək verməli və onun sözlərinə qulaq asmalı idi.

Lakin əvəzində video müxalifəti qanadlandırıb. Maduronun opponentləri deyirlər ki, bu hadisə hətta Çavizmin öz sıralarındakı ixtilaflardan xəbər verir.

Müxalif millət vəkillərindən Juan Andres Mejia video ilə əlaqədar sosial mediada yazıb: “Biz bunu əvvəllər də demişik. Venesuela parçalanmayıb. Əksəriyyət dəyişiklik istəyir. Bu gün bu rejimə güc verənlərin ailələri də bu əksəriyyətin içindədir”.

Müxalifət Madurodan parlament seçkisinin keçirilməsini və bütün məhbus fəalların azad olunmasını tələb edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG