Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

ABŞ Venesuelanın dövlət neft şirkətinə sanksiyalar elan edir


Rosneftin rəhbəri Igor Sechin (solda) Maduronun iştirakılə keçirilən mərasimdə Venesuelanın neft naziri Manuel Quevedo-nun əlini sıxır (Foto arxivdəndir)
Rosneftin rəhbəri Igor Sechin (solda) Maduronun iştirakılə keçirilən mərasimdə Venesuelanın neft naziri Manuel Quevedo-nun əlini sıxır (Foto arxivdəndir)

Birləşmiş Ştatlar hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduroya təzyiqləri artırmaq məqsədilə Venesuelanın dövlət neft şirkətinə qarşı yeni iqtisadi sanksiyalar qoyub.

Vaşiqntonun yanvarın 28-də bu sanksiyaları bəyan etdiyi əsnada Maduronu Venesuelanın legitim prezidenti kimi tanımadığını elan edən ölkələrin sayı artmaqdadır.

Venesuela dünyanın ən böyük neft hasilatçılarından biridir və onun Petroleos de Venezuela SA şirkəti Maduronun prezidentliyini gücləndirən xarici valyutanın əsas mənbəyi olub. Məhz Maduronun hakimiyyəti illərində ölkə iqtisadi xaosa yuvarlanıb.

Yeni sanksiyalar ABŞ-ın Venesueladan neft idxalına qadağan qoymur. ABŞ Venesuela neftinin ən böyük bazarıdır. Lakin sanksiyalar ABŞ şirkətlərinə qısa adı PDVSA olan Venesuela dövlət neft şirkəti ilə maliyyə tranşlarını həyata keçirməyi qadağan edir.

Bu isə o deməkdir ki, Venesuela neftindən gələn gəlirlərin hamısı bloklanmış hesablarda yığılır.

ABŞ maliyyə naziri Steven Mnuchin televiziya ilə çıxışnda Venesuela hökumətinə hər hansı maliyyə köçürmələrini “qeyri-leqal, mənəviyyatsız cinayət aktı” adlandırıb.

Yeni sanksiyalar habelə PDVSA şirkətinin ABŞ filialı Citgo üçün mürəkkəblik yaradır.

Təhlilçilər bildirirlər ki, ABŞ PDVSA şirkətinə nəzarəti müxalifət lideri Juan Guaido-nun müttəfiqlərinə verməyə çalışa bilər. Vaşinqton Guaido-nu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Bu baş versə, Maduro Rusiyanın Rosneft şirkətinə kreditlər üzrə ödənişləri dayandıra bilər.

Bu isə öz növbəsində Rosneft şirkətini Citgo-nun 49, 9 faizinin sahibliyini ona verəcək müqavilə maddəsini hərəkətə gətirməyə sövq edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG