Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Venesuela müxalifətinin lideri elektrik böhranına görə hökuməti suçlayır


Karakasda park
Karakasda park

Venesuelada elektrikin kütləvi kəsintisi 17 nəfərin həyatına son qoyub. Müxalifət lideri Juan Guaido onları hakimiyyətini saxlamağa çalışan Prezident Nicolas Maduro hökumətinin “qətlə yetirdiyini” deyib.

Özünü aralıq dövr prezidenti elan etmiş Guaido bazar günü deyib ki, 16 ştat hələ də işıqsızdır, altısına elektrik verilişi qismən bərpa olunub. Onun sözlərinə görə, özəl sektor bundan azı 400 milyon dollar itirib.

Ötən həftənin sonuna yaxın Venesuelanın 70 faizinə elektrik verilişi dayanıb, rəsmilər xəstəxanalara risk yarandığını deyiblər.

“Xəstəxanalarda xidmət göstərilmir. Bunlar ölkənin ən yaxşı xəstəxanalarıdır... Tam məsuliyyətlə Venesuelanın artıq iflas etdiyini söyləmək olar”, – Guaido CNN-ə müsahibəsində deyib.

17 ‘QƏTL’

O, müxalifətin elektrik verilişinin kəsilməsi nəticəsində 17 “qətli” qeydə aldığını sözlərinə əlavə edib.

Maduro buna görə Birləşmiş Ştatları ittiham edib, elektrik böhranını sabotaj adlandırıb. Birləşmiş Ştatlar isə problemin Maduro rejiminin “səriştəsizliyi”ndə olduğunu söyləyib.

Juan Guaido
Juan Guaido

Guaido deyib ki, Maduro hökumətinin ABŞ-ı kiberhücumda suçlaması absurddur. O, Venesuelanın əsas elektrik stansiyasının köhnəldiyini, analoq avadanlığın heç bir şəbəkəyə bağlı olmadığını söyləyib.

“Biz çovğun, sunaminin yaratdığı fəlakətin ortasında deyilik. Bu, səmərəsizlik, bacarıqsızlıq, venesuelalıların həyatının qayğısına qalmayan rejimin korrupsiyasının məhsuludur”, – Guaido vurğulayıb.

Bazar günü keçirilən mətbuat konfransında Guaido bildirib ki, bazar ertəsi parlamentin xüsusi iclasında “fövqəladə vəziyyət” elan edəcək.

O, dəstək almaq üçün Almaniya, Yaponiya, Braziliya və Kolumbiya ilə danışıqlar aparıldığını söyləyib. Guaido deyir ki, Venesueladakı xidmətlərə baxılması üçün çoxtərəfli təşkilatlardan 1,5 milyard dollar almağın mümkünlüyünü bildirib. Amma bu pulun harada olduğunu, bu vəsaitin necə əldə olunacağını açıqlamayıb.

Nicolas Maduro mərhum prezident Hugo Chavez-in anım mərasimində, 5 mart, 2019-cu il
Nicolas Maduro mərhum prezident Hugo Chavez-in anım mərasimində, 5 mart, 2019-cu il

Guaido bir daha orduya müraciət edərək onu “diktatoru gizlətməməyə” çağırıb.

Guaido-nu 50-dən artıq ölkə ölkənin legitim rəhbəri kimi tanıyıb. Maduronu isə Rusiya, Çin, Kuba müdafiə edir.

***

Venesuelada elektrik problemi hələ də həll olunmayıb

Venesuelada elektrik enerjisinin verilməsində kütləvi problem hələ də davam edir.

Buna səbəb martin 7-də əsas ölkənin elektrik stansiyasında baş verən ciddi qəza olub.

Bir sutkadan sonra, yalnız paytaxt Karakasın bir sıra rayonlarına işıq verilə bilib.

Ümumilikdə isə ölkədə mobil rabitə və internet əlaqəsində ciddi problemlər yaranıb, bir sıra iri şəhərlər hələ də işıqsız qalıb.

Elektrik enerjisinin kəsilməsi demək olar ki, 30 milyonluq Venesuelanın bütün bölgələrinə təsir edib. Bu barədə Associated Press agentliyi və Amerikanın səsi radiosu xəbər verirlər.

Dövlət energetika şirkəti bunu “sabotaj” adlandırıb.

İnformasiya naziri Xorxe Rodriqes bəyan edib ki, hansısa hakerlər elektrik stansiyasının computer şəbəkəsinə kiberhüm ediblər.

Amma ABŞ Dövlət katibi Mike Pompeo martin 8-də bəyan edib ki, buna görə yalnız Maduro rejimi cavabdehlik daşıyır. Dövlət katibi qeyd edib ki, onun siyasəti, “qaranlıqdan başqa heç nə gətirmir”.

Qeyd edək ki, son illər Venesuelada iqtisadi və siyasi böhran yaşanır.

Buna da bax:ABŞ Nicolas Maduro rejiminə qarşı təzyiqləri artırır

Müxalifət lideri və parlamentin sədri Juan Guaido yanvarda özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında prezidentliyini qorumağa çalışan Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG