Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:57

Əvvəllər Venera yam-yaşıl, Yer isə ölü bir planet olub


Venera planetinin kosmosda görünüşü
Venera planetinin kosmosda görünüşü

Günəşə ən yaxın ikinci planet olan Venerada balaca bir okean və həyat üçün əlverişli mühit mövcud olub

Bizim Günəş sistemində Venera həyatın mövcud ola biləcəyi ən son planet sayıla bilər. Atmosfer qatı bizimkindən 90 dəfə qalın olan bu planet üçün, «od tutub yanır» desək az olar. Burada temperatur 462 dərəcəyə çatır. Ancaq bundan 2 milyard il öncə hər şey başqa cür olub.

NASA-nın xüsusi kompüter simulyasiyası göstərir ki, Günəşə ən yaxın ikinci planet olan Venerada balaca bir okean və həyat üçün əlverişli mühit mövcud olub.

Buna da bax: Marsda həyat olub keçib...

NASA-nın 1980-ci ildəki Pioneer Missiyası da Venerada qədimlərdə okean olduğunu iddia etmişdi.

NASA-nın Goddard Fəza Tədqiqatları İnstitutunun alimləri Veneranın keçmişini öyrənərkən, Yer kürəsində iqlim dəyişikliyini proqnozlaşdıran modelə bənzər modeldən istifadə ediblər. «Əldə etdiyimiz nəticə ona dəlalət edir ki, Venera əvvəllər indikindən çox fərqli bir yer olub», – deyir tədqiqatçı Michael Way.

Venera yam-yaşıl, Yer isə ölü bir planet olub

Alimlər həmişə bu fikirdə olublar ki, Venera planetinin də tərkibi Yerdəkinə bənzəyir. Sadəcə o, başqa təkamül yolu ilə gedib.

Buna da bax: ABŞ-ın kosmik gəmisi Pluton planetinə yaxınlaşır

İyun ayında dərc olunmuş başqa bir tədqiqat materialında Rice Universitetinin alimləri bildirmişdilər ki, kiçik bir təkamül dəyişikliyi nəticəsində Venera həyatın mövcud olduğu yam-yaşıl bir yer, Yer isə ölü bir planet olmuşdur.

NASA-nın 1980-ci ildəki Pioneer Missiyası da Venerada qədimlərdə okean olduğunu iddia etmişdi. Lakin o, Günəşə Yerdən daha yaxın olduğundan və daha çox günəş şüası qəbul etdiyindən, okean tamamilə buxarlanıb. Planetin səthində su qalmadığından karbon qazı atmosferdə toplanaraq, istixana effekti yaradıb.

Buna da bax: Nizami Gəncəvi. Leyli və Məcnun əsərində planetlər haqqında

2 milyard il öncə Günəş indikindən 30% daha tutqun olub

Araşdırmaya görə, 2 milyard il öncə Günəş indikindən 30% daha tutqun olub. Bununla belə, Venera o zaman Yerin indi aldığı günəş şüasından 40% artıq şüa almışdır. Kompüter simulyasiyası göstərir ki, Venera yavaş firlandığından onun gündüz olan tərəfi bir dəfəyə düz 2 ay Günəş üzü görürmüş. Nəticədə səthi qızır, güclü buxarlanmaya səbəb olur. Bu isə qalın bulud qatı yaradır, hansı ki, günəş şüasından qoruyan çətir effekti doğururmuş. Bunun sayəsində Veneradakı iqlim Yerdəkindən hələ bir qədər sərin də qala bilərmiş.

Araşdırmaya görə, 2 milyard il öncə Günəş indikindən 30% daha tutqun olub.

Belə güman olunur ki, Veneranın öz oxu ətrafında fırlanma sürəti qədimlərdə Yerdəki qədər olub. Hazırda isə Venera o qədər yavaş fırlanır ki, orada bir gün Yerdəki 117 günə bərabərdir.

Yeni araşdırma başqa planetlərdə yaşam olması barədə ehtimalları gücləndirir. On illərdir ki, SETİ İnstitutunun əməkdaşları fəzada hər hansı radio əlaqə izinə rastlamaq üçün daim növbə çəkirlər. Bunun alternativi isə qonşu ulduz sistemlərinə kosmik gəmi göndərməkdir ki, bu da hələlik qeyri-real görünür.

Buna da bax: NASA 1284 yeni planet aşkar edib

İndiyədək 2300-dən artıq planet aşkarlanıb, bir neçə mini isə planet sayılmağa namizəddir. Lakin bunlardan yalnız bir neçəsi yaşam üçün əlverişli zonadadır, yəni öz ulduzlarından səthindəki suyu maye qala biləcək uzaqlıqdadır.

Buna da bax:

ABŞ-ın Orion peyki fəazaya buraxıldı - Marsa insan göndərilməsi üçün ilk addımlar atılır
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Buna da bax:

NASA Plutonun ən iri peykinin şəkillərini yaydı
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG