Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:28

ABŞ-ın kosmik gəmisi Pluton planetinə yaxınlaşır


Pluton, "Hubble" Kosmik Teleskopundan çəkilmiş foto
Pluton, "Hubble" Kosmik Teleskopundan çəkilmiş foto

ABŞ-ın 2006-cı ildə Plutona göndərdiyi "New Horizons" kosmik gəmisi yaxın vaxtlarda həmin planetin orbitinə daxil olacaq.

Amerika Kosmik Agentliyi bildirir ki, artıq may ayında Plutonun səthindən ilk şəkilləri görmək mümkün olacaq.

Pluton əvvəllər Günəş sistemindəki 9 planetdən biri sayılırdı, amma sonradan alimlər onun "statusunu" aşağı salıb "cırtdan planetlər" sırasına daxil ediblər.

Alimlər ümid edirlər ki, Plutonun öyrənilməsi Günəş sisteminin yaranması haqda biliklərin genişlənməsinə yol açacaq.

Elmi avadanlıqla yanaşı kosmik gəmi Plutona Amerika astronomu Clyde Tombaugh-nun külünü də aparır.

Plutonu 1930-cu ildə o, kəşf edib. Külünün kosmosa aparılmasını o özü vəsiyyət edib.

Pluton insanlar üçün "qonaqpərvər" yer deyil. Temperatur -225 dərəcəyəcən enir.

XS
SM
MD
LG