Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:00

Hüquqşünas: 'Lerik rayonunun əhalisi 70 mini ötür, burda fəal 1 vəkil var...'


Məhkəmə qarşısında
Məhkəmə qarşısında

Qarabağ veteranı, əlil Aslan Babayev on ilə yaxındır ki, şikayətçidir:

“Sığorta haqqımı ala bilmirəm. Hərbi xidmətdə olarkən xəsarət alan oğluma əlillik dərəcəsi vermirlər. Deyirlər ki, məhkəməyə müraciət et. Lənkəranda olmuşam. Bir neçə vəkillə görüşmüşəm. Məndə hardandır 500-600 manat verim, vəkil tutum? Böyük məbləğ istəyirlər. Nümayəndənin yanına getdim. Danışdıq, 200 manata razılaşdıq. Eşitmişəm ki, gələn il yanvarın 1-dən məhkəmədə nümayəndəliyin imkanları da məhdudlaşdırılır. İşim yenə pozuldu”.

“Lerik rayonunun əhalisi 70 mini ötür, burada fəal bir vəkil var”

Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

Lənkəranda “Hüquq” firmasının direktoru Elçin Misiroğlunun sözlərinə görə, nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılmasından sonra Aslan Babayevin vəziyyətinə düşən çox olacaq. O deyir ki, bundan qabaq da vəkillik institutu yaxşı halda deyildi:

“Bildiyimə görə, Azərbaycanda minə yaxın vəkil var. Bunun da 100 nəfəri vəkil işləmir. Bu vəkillərin 700-dən çoxu Bakı şəhərində fəaliyyət göstərir. Lerik rayonunun əhalisi 70 mini ötür, burda fəal 1 vəkil var. Astara rayonunun 100 minə yaxın əhalisi olduğu halda 2-3 vəkil işləyir. 200 mindən çox əhalisi olan Lənkəran rayonunda isə 4-5 vəkil çalışır. Bunlar bu işləri necə çatdıracaqlar? Hansı vəkili danışdırırsan, deyir əlimdə onlarla iş var. İşlər də ki, od qiymətinə. İstər-istəməz vəkil işin qiymətini qaldırır. Buna görə də nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılmasını düzgün hesab etmirəm”.

Buna da bax: Narazı vəkillər etiraz aksiyalarına başlamaq qərarı verib

Elçin Misiroğlunun bildirdiyinə görə, vəkillər ölkə prezidentinə və Milli Məclisə müraciətlər göndərib, təkliflər veriblər:

“Bu işlə məşğul olan insanların peşəkarlıq fəaliyyətinə fərq qoyulmalıdır. Nümayəndəlik sovet dövründə də qanunlar əsasında fəaliyyət göstərib. Bu institutun sırf müdafiə qurumu olması istisna olunmurdu. Konstitusiyaya görə hər bir şəxsin özünün müstəqil müdafiə hüququ var. Əslində bu vəziyyət mərhələ-mərhələ gəlib bu həddə çatıb”.

“İŞSİZLƏRİN SAYI ARTACAQ”


Buna da bax: 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Elçin Misiroğlu deyir ki, bununla işsizlərin sayı bir az da artacaq:

“Mənim kimi yüzlərlə adam qeydiyyatdan keçərək fəaliyyət göstərir. Əhaliyə hüquqi xidmət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətim var. Burda 10 nəfər çalışır. İndi məcburam ki, 5 işçini ixtisar edim. Onları nümayəndəlikdən gələn pulun hesabına saxlayırdım. Mənim kimi yüzlərlə adam var ki, işçilərini ixtisar edəcəklər...”

“QİYMƏTLƏR DƏ ARTACAQ”

Lənkəran şəhərində fəaliyyət göstərən “Hüquqi Məsləhətlər və Vətəndaşlara Xidmət Mərkəzi”nin direktoru Sədrəddin Kazımov da baş verənləri mənfi hal kimi dəyərləndirir:

Buna da bax:​ 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

“Nümayəndəlik institutunun ləğvi təkcə bölgələrdə yox paytaxtın özündə də problemlər yaradacaq. Qiymətlər artacaq. Hüquqi xidmət göstərən firmalarda maliyyə problemləri yaranacaq. Bu yolla büdcəyə vəsaitlər ödənilirdi. Daha hansı fəsadlar olacaq, gələcəkdə görəcəyik...”

Uzun müddət hakim işləmiş hüquqşünas Elman Hüseynov isə hesab edir ki, məqsəd vəkillik institutunu tam nəzarətə götürməkdir:

“Hər şey ovuc içi kimi görünür. Vəkillərdə az-çox müstəqillik qalmışdı. Onların üzərində nəzarət tam bərpa olunmayıb. Başağrısı gətirirdilər. Nümayəndələr ümumiyyətlə sərbəst idilər. Deyirlər ki, bu addım vətəndaşların müdafiəsini daha effektli şəkildə qorumağa imkan verəcək. Sual vermək lazımdır ki, sənə nə? Özüm bilərəm öz müdafiəmi necə qurum. Rayonlarda nümayəndələrə çox ehtiyac var idi”.

Buna da bax: AzadlıqRadiosu-nun şikayəti təmin olunmadı [yenilənib]

Ancaq Vəkillər Kollegiyasının adının çəkilməsini istəməyən bir üzvü də deyir ki, bu addım çoxdan atılmalı idi:

”Savadı olmayan hər kəsə burda rast gəlinirdi. Utanc gətirən hal idi. Bu işlə ixtisaslı adamlar məşğul olmalıdırlar. Deyirlər ki, vəkil çatışmazlığı var. Biz çatdırırıq. Qiymətlər də müəyyən edilmiş qaydada qoyulur...”

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

Xatırlatma

Parlament oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə PHQ hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının 936 üzvü var. Onlardan biri Yalçın İmanovun da bu günlər fəaliyyəti dayandırılıb.

Buna da bax:

Vəkillər girov saxlandıqlarını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG