Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 20:17

Vəkil təhdid edildiyini deyir


Elçin Sadıqov

Vəkil Elçin Sadıqov “Xebermen.com” və “Press.az” saytlarının rəhbəri Polad Aslanovun huquqlarını müdafiə etdiyinə görə istintaq rəhbərliyi tərəfindən hədə və təhdidlərə məruz qaldığını iddia edir.

Bununla bağlı vəkil AzadlıqRadiosuna deyib:

“Əvvəlcə jurnalist Polad Aslanovu müdafiə etməməyim üçün xəbərdarlıq olundu. Onun yenidən dindirilməsi barəsində vəsadət qaldırdıqdan sonra bu gün istintaqın rəhbərliyi məni hədələdi və təhdid etdi”.

E.Sadıqov məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şikayət edəcəyini, vəkilin müstəqilliyinin və təhlükəsiz fəaliyyətinin təmin olunması üçün göstəriş verilməsini istəyəcəyini söyləyir.

Polad Aslanov bu il iyunun 12-də İrana getmək istərkən Biləsuvar keçid məntəqəsində saxlanılıb, ailə üzvləri ilə birgə Bakıya gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə cinayət işi açılıb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

AzadlıqRadiosu hələlik hüquq-mühafizə orqanlarından vəkilin iddialarına münasibət öyrənə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG