Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 10:34

Karimovanın isveçrəli vəkili onunla həbsxanada görüşüb


Gulnara Karimova
Gulnara Karimova

Özbəkistanın mərhum prezidenti İslam Karimovun böyük qızının isveçrəli vəkili onunla Özbəkistan həbsxanalarından birində görüşüb.

Özbəkistanın Baş Prokurorluğu aprelin 3-də bildirib ki, Gregoire Mangeat-ə Gulnara Karimova ilə aprelin 1-2-də Daşkənd regionunda yerləşən Zangiota qadın həbsxanasında görüş verilib.

Bu barədə vəkilin özü aprelin 1-də Twitter hesabından yazıb: "Elə indicə 21 nömrəli Zangiota qadın koloniyasına gəlmişəm. Müştərimizlə görüş üçün münasib yer əldə etməyə çalışıram”.

Aprelin 2-də isə o yazır ki, ikinci dəfə həbsxasnada olub. Lakin o tvitlərində görüşün təfərrüatları barədə heç nə yazmır. Onun posta əlavə etdiyi şəkil isə, belə görünür ki, həbsxananın fotosudur.

Bundan hələ on il əvvəl atası İslam Karimovun avtokratik hakimiyyəti illərində Gulnara dəbdəbəli şəraitdə yaşayan və özünün mahnı kliplərini çəkən parlaq kübar xanım idi.

Lakin onun adı həm də xarici şirkətlərdən rüşvət və pul qoparması ilə çıxmışdı.

2013-cü ildə İsveçdə dərc olunmuş bir xəbərdə deyilirdi ki, Özbəkistana investisiya yatırmaq istəyən beynəlxalq telekommunikasiya şirkətləri əvvəlcə Karimovanı “görməli” olurlar.

Mərkəzi Asiyanın ən böyük əhalisinə malik Özbəksitan həm də böyüməkdə olan mobil telefon bazarıdır.

Nəhayət belə xəbərlər İsveç, Birləşmiş Ştatlar, İsveçrə, Hollandiya və başqa yerlərdə Özbəkistanda işləyən telekommunikasiya şirkətləri ilə bağlı cinayət işlərinin açılması ilə nəticələnmişdi.

Karimovanın özü isə 2014-cü ildən sonra ictimai həyatdan yoxa çıxmışdı və Özbəkistan prokurorları onun korrupsiya iddiaları ilə əlaqədar araşdırıldığını və ev məhbusu olduğunu deyirdilər.

Özbəkistan rəsmiləri 2017-ci ilin dekabrında demişdilər ki, Karimova 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2017-ci ilin iyulunda cəzanın 5 il azaldıldığı və ev məhbusluğu ilə əvəzləndiyi barədə xəbər verilmişdi.

Nəhayət bu il martın 5-də Özbəkistanın Baş Prokurorluğu Karimovanın ev məhbusluğunun şərtlərini pozduğunu və bu səbəbdən də qapalı həbsxanaya keçirildiyini bildirmişdi.

İki gün sonra Birləşmiş Ştatların Ədliyyə Nazirliyi Karimovanın böyük beynəlxalq rüşvət mexanizminin bir hissəsi olduğunu və ABŞ-ın Xaricdə Rüşvət qanununu pozması ilə əlaqədar ona qarşı rəsmi ittiham irəli sürüldüyünü xəbər verdi.

XS
SM
MD
LG