Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 13:42

Vaşinqtondan 'siyasi məhbus'lara dəstək


«Distance» fotosərgisinin posteri.

Yanvarın 31-i ABŞ paytaxtı Vaşinqtonda bir sıra azərbaycanlı fəal «Azərbaycandakı siyasi məhbuslara dəstək verin!» adlı tədbir keçiriblər. Kampaniya ərzində onlar 3000 ABŞ dolları toplayıblar. Tədbirdə ABŞ və digər ölkələrin nümayəndələri də iştirak edib.

Tədbir təşkilatçılarından Aynur Cəfər ianə kampaniyasının məhbus ailələrinə yardım etmək məqsədi daşıdığını deyib. Onun bildirməsinə görə, siyasi məhbusların əksəriyyəti kişilər olduğundan, onların həbsi ilə ailələri bir sıra maddi çətinliklərlə üzləşir. Bu ianə kampaniyası nəticəsində toplanan pulla onlara, az da olsa, kömək edə bilərlər.

Buna da bax-'4 ildə vəziyyət daha da pisləşib'

Tədbirin digər təşkilatçısı Tamara Qrigoryeva isə deyib ki, siyasi məhbuslara onların unudulmadığını xatırlatmaq, bütün dünyadan insanların onların yanında olduğunu bildirməkçox vacibdir.

Tədbirin iki xüsusi qonağı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich və keçmiş məhbus Adnan Hacızadə olub.

Keçmiş səfir Azərbaycanla bağlı xatirələrindən,xalqa olan sevgisindən və siyasi baxışlarına görə həbs olunan insanlara yardımın mühümlüyündən bəhs edib. O, bu tədbirin vacibliyini vurğulayaraq deyib ki, Azərbaycandakı siyasi məhbus problemi daim gündəmdə olmalıdır.

Buna da bax-Richard Kauzlarich: 'Azərbaycanda səfir olduğum müddətdə…'

Tədbirdə azərbaycanlı fotoqraf Cahangir Yusifin «Distance» (Məsafə) adlı fotosərgisi nümayiş etdirilib. Fotosərgidə məhbusların və ailə üzvlərinin fotoları yer alıb.

Sonda tədbir iştirakçıları Azərbaycanda siyasi məhbus sayılan şəxslərə məktublar yazıb, açıqcalar imzalayıblar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG