Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:16

Varlısı çox varlı, yoxsulu çox yoxsul olan ölkə


Azərbaycanda varlıların sayı necə dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Azərbaycanda varlıların sayı necə dəyişir?

Bir çox sosioloqlar Azərbaycanda varlılarla yoxsullar arasındakı uçurumun ildən-ilə artdığını deyirlər. Amma görəsən kasıbı nə qədər kasıb, varlısı nə qədər varlıdır?

Məsələn, AzadlıqRadiosuna danışan pensiyaçılardan ətə, meyvəyə həsrət qaldığını deyənlər var...

Digər tərəfdə isə bahalı restoran və mağazalar, lüks avtomobillər, villa və malikanələr...

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev öz Facebook səhifəsində yazır ki, Azərbaycanda dövlət statistika komitəsinin açıqladığı məlumatlar varlıların nə qədər varlı, kasıbların nə qədər kasıb olduğunu öyrənmək üçün yetərli deyil. Onun sözlərinə görə, Statistika Komitəsi varlıların deyil, yoxsulların pulunu hesablayır:

“Məsələn, bu yaxınlarda Dünya Bankının Azərbaycanla bağlı bir araşdırmasında qarşıma çıxan rəqəm: əhalinin ən zəngin 10 faizinin illik sağlamlıq xərcləri ən yoxsul 10 faizdən az qala 20 dəfə yüksəkdir. Başqa sözlərlə, zənginlər saglamlığa yoxsullardan 20 dəfə daha çox pul xərcləyirlər. Bu rəqəm real mənzərəni anlamaq üçün kifayət edir”.

Rövşən Ağayev
Rövşən Ağayev

Gözlə görünən xərclər - insanların aldıqları mənzil və avtomobillərin qiyməti, övladlarının təhsilinə çəkdikləri xərclər, ailələrin sağlamıqları ilə bağlı xərclər, istirahətə çəkilən xərclər əsasında ölkədə təbəqələşmənin miqyasını aydın görmək olur.

Rövşən Ağayev əldəki məlumatları hesablayıb deyir ki, iqtisadiyyatda formalaşan bütün gəlirlərin 20 faizi əhalinin 1 faizinə çatır.

Ekspertlərin rəqəmlərdə gördüyünü vətəndaşlar gündəlik həyatlarında görürlər. AzadlıqRadiosu Bakıda videosorğu aparıb:

Sizcə Azərbaycanda varlıların sayı nə qədərdir?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Demokratiya və İnkişaf Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, Azərbaycanda kasıblar çox kasıb, varlılar çox varlıdır:

“Azərbaycanda ciddi şəkildə təbəqələşmə var. Bunları şərtləndirən amillər korrupsiya, inflyasiyanın artması, milli valyutanın dəyərsizləşməsidir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, sahibkarlıq boğulur və onun inkişafına imkan verilmir. Bu baxımdan demək olar ki, ölkədə orta təbəqədən danışmağa dəyməz, bir varlı təbəqə var, bir də ifrat yoxsul təbəqə”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu deyir ki, bu təbəqələşmədə itirən Azərbaycan cəmiyyəti, xüsusilə də aztəminatlı yoxsullar, intellektual kəsim, yaradıcı şəxslərdir. Bəs təbəqələşmədə udan kimlərdir. Qubad İbadoğlunun fikirncə udan hakimiyyətə bağlı olan şəxslərdir.

“Artıq mənimsəmələr milyonla deyil, milyardlarla ölçülür. Bu ona görə baş verir ki, gəlir bəyannaməsi verilmir. Bu gün nəinki Azərbaycanın məmurlarının, heç prezidentinin də gəlir bəyannaməsini əldə edə bilmirik”.

İndiyə qədər aparılmış beynəlxalq jurnalist araşdırmaları prezidentin ailə üzvlərinin ölkədə inhisarçı,xaricdə isə ofşor şirkətlərinin olmasını üzə çıxarıb. Bu araşdırmaların çoxu rəsmi qaydada təkzib edilməyib.

Lakin prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə sosial siyasətin onun üçün prioritet olduğunu, yoxsulluğun və işsizliyin beş faiz həddinə salındığını bildirib.

Hərçənd, müstəqil şərhçilər reallıqda bu rəqəmlərin qat-qat böyük olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG