Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:42

'Exchange'lər fəaliyyətini bərpa edir


Valyutadəyişmə məntəqələri ləğv edilərsə...
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Valyutadəyişmə məntəqələri ləğv edilərsə... Arxiv videosu

Bu gün, aprelin 25-i Milli Məclisin plenar iclasında «Valyuta tənzimi haqqında» Qanun müzakirə edilib.

APA-nın xəbərinə görə, iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verib.

Onun deməsinə görə, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Əvvəllər isə bu funksiya Mərkəzi Bankda olub.

Deputat Vahid Əhmədovun təklifi ilə valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslərdən əlavə 50 min dollar məbləğində kapital qoyuluşu həyata keçirmək tələbi ləğv olunub. Sadəcə, əvvəllər olduğu kimi, bu fəaliyyətlə məşğul olmaqdan ötrü 500 manat rüsum tələb ediləcək.

Vahid Əhmədov
Vahid Əhmədov

«İSLAHATLAR ŞURASI YARADILSIN»

«Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz «Nağd hesablaşmalar haqqında» Qanunu dəyişdirdik. Amma bu, real iqtisadiyyatda çətinlik yaradır. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən, ümumiyyətlə, bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət İslahatlar Şurası yaradılsın»,- V.Əhmədov deyib.

Yevda Abramov
Yevda Abramov

«XALQI FIRLADIRLAR»

Deputat Yevda Abramov da vaxtilə valyutadəyişmə məntəqələrinin ləğv edilməsinin əleyhinə olduğunu xatırladıb. «Ləğv etdilər ki, qaş düzəltsinlər, vurub gözü də çıxartdılar. 6 min insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir versinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbəsində villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çantalarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edəydi və xeyri büdcəyə qalaydı. Babalarımızın, nənələrimizin «sandıq pulu» var. Xalq çaşıb qalıb. Bilmir ki, pulunu hansı valyutada saxlasın. Əslində, bizi fırladırlar, xalqı fırladırlar. İmkan verin, bir düzəngaha, azadlığa çıxaq. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur», – deyə deputat bildirib.

Qanun layihəsi qəbul edilib. Azərbaycanda valyutadəyişmə məntəqələri ikinci devalvasiyadan sonra, ötən ilin əvvəllərində ləğv edilmişdi. Həmin funksiyanı banklar yerinə yetirirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG