Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 05:28

Şura: Strateji valyuta ehtiyatları 45 milyardı ötüb


Bu ilin doqquz ayı ərzində valyuta bazarının sabitliyi təmin edilib. Ölkənin strateji valyuta ehtiyatları 3,2 milyard dollar və ya 7,6 faiz artaraq 45 milyard dolları ötüb.

Bu barədə Maliyyə Sabitliyi Şurasının iclasında məlumat verilib. Nazirlər Kabinetinin bu gün, dekabrın 14-də yaydığı məlumata görə, iclas baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilib.

Yığıncaqda qeyd olunub ki, görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin olunub, qeyri-neft sektorunda artım qeydə alınıb.

“Hesabat dövründə qeyri-neft sektorunda ümumi daxili məhsul (ÜDM) 1 faiz artıb... Əhalinin gəlirlərinin artımı 9,5 faiz təşkil edib və inflyasiyanı 6,9 faiz keçib. Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin 9 ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2.6 faiz təşkil edib", iclasda qeyd edilib.

Ancaq Dövlət Statistika Komitəsinin (DSK) son məlumatlarına görə ölkədə muzdla işləyənlərin əməkhaqqısı son 3 ayda azalmaqdadır.

“2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.8 faiz artaraq 540 manat olub”, - DSK-nın dekabrın 11-də yaydığı məlumatda vurğulanır.

Xatırlatma

Maliyyə Sabitliyi Şurası 2016-cı ilin yayında yaradılıb.

Şuranı yaratmaqdan məqsədin makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanması, iqtisadiyyata mənfi təsirlərin qarşısının alınması olduğu bildirilib.

Şuraya baş nazir rəhbərlik edir.

XS
SM
MD
LG