Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 03:45

Valyuta köçürmələrinin sərtləşdirilməsi nəyə xidmət edir?


Bakıda Exchange

“Azərbaycandan valyuta köçürmələrinə 10 min dollar həcmində limit tətbiq edilməsi barədə qərar bir daha göstərir ki, hökumət, hələ də, kənara valyuta axınının qarşısını almaqda çətinlik çəkir və onun həllində acizdir”.

İqtisadçı Qubad İbadoğlu Mərkəzi Bankın xaricə valyuta köçürmələrinin sərtləşdirilməsi ilə bağlı qərarını şərh edərkən belə deyib.

Q.İbadoğlu deyib ki, bu cür limit xaricdə təhsil alanlara problem yaradacaq.

Buna da bax:​ Pul köçürmələri 35 faiz azalıb

“Məsələn, mənim professoru olduğum Duke Universitetində 1 illik təhsil haqqı yaşayış xərcləri ilə birlikdə 65 min dollardır. Bizim limitə görə, övladı belə universitetlərdə oxuyan valideyn bu vəsaiti 6,5 ay ərzində köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq”, iqtisadçı bildirib.

Onun fikrincə sözügedən qərar investorları da çəkindirəcək.

“Nəzərə alınmalıdır ki, valyutanın sərbəst hərəkəti investorlar üçün əhəmiyyətli məsələdir”.

Buna da bax:​ Ekspert: 'İslahatlardan ötrü siyasi iradə olmalıdır'

Mərkəzi Bankının qərarına görə, dekabrın 8-dən rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hesabı açmadan bir əməliyyаt günü ərzində yalnız 1000 dollar, ay ərzində isə 10 000 dollar köçürə biləcəklər.

XS
SM
MD
LG