Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:30

Ekspert: 'İslahatlardan ötrü siyasi iradə olmalıdır'


Bakıda Exchange
Bakıda Exchange

Pambıqçılığın inkişafı, manatın son zamanlar sürətlə dəyər itirməsi, ölkəyə pul köçürmələrini kəskin azalması və “Cənub Qaz Dəhlizi» layihəsinin gələcək taleyi bu gün medianını aparıcı mövzusudur...

Pambıqçılığın inkişafı...

Azərbaycan” qəzetində “Pambıqçılığın inkişafında həlledici il” sərlövhəli məqalə dərc edilib.

Məqalə pambıqçılığın əhəmiyyətindən bəhs edilir.

Müəllif yazır ki, hələ XX əsrin 70-80-ci illərində Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı istehsalında ixtisaslaşma, təmərküzləşmə və zonalaşdırma metodlarının tətbiqinin əsasını qoyub.

Buna da bax:​ Pambıq və tütünə 10 qəpik subsidiya veriləcək

Bütün bunların nəticəsində pambıqçılıq yüksək gəlirli sahəyə çevrilib.

Müəllif hesab edir ki, H. Əliyevin bu siyasətini prezident İlham Əliyev son 13 ildə uğurla davam etdirir və kənd təsərrüfatının davamlı inkişafına xüsusi diqqət ayırır.

Məqalədə vurğulanır ki, indi ölkədə qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi prioritet təşkil edir. Müəllifə görə, qlobal böhran şəraitində daxili istehsalın təşviqi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi ölkənin neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb.

Saatlı. Pambıq tarlasında.
Saatlı. Pambıq tarlasında.

Məqalədə qeyd edilir ki, dövlət başçısı İlham Əliyev ölkədə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı çox ciddi vəzifələr müəyyənləşdirib və bu gələcəyə hesablanan addımlardır: “Bu gəlirli sahənin inkişaf etdirilməsi ölkədə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradacaq”.

Buna da bax:​ Elçibəy dövrünün pambıqçılıq layihəsi niyə gerçəkləşmədi?

Müəllif yazır ki, hazırda ölkənin 24 rayonunda pambıqçılıq uğurla inkişaf etdirilir. Bu il ölkənin zəmilərindən 100 min ton pambıq tədarük edilməsi nəzərdə tutulur.

Manatın qaranlıq gələcəyi

Azadlıq.info” saytında isə “Mərkəzi Bank ilin sonuna qədər manatı ucuzlaşdırmağa çalışır” sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, artıq, ölkədə yenə, bəzi kommersiya bankları dollar satışından imtina edib. Vəziyyət heç də xoş deyil. Bir dollar rəsmi məzənnəyə görə, 1 manat 70 qəpiyi keçib: "Son zamanlar dolların hər gün cüzi irəliləməsi adi hala çevrilib. Manatın yaxın gələcək üçün perspektivi isə qaranlıq görünür. Gərəkən addımların zamanında atılmaması maliyyə böhranından qurtulmağı bir qədər də çətinləşdirir".

Buna da bax:​ Deyəsən, manatı 'çökdürən' səbəbin biri tapıldı...

İqtisadçı Samir Əliyev qeyd edir ki, kommersiya banklarında dolların alış qiyməti son vaxtlar rəsmi məzənnədən bir qayda olaraq yüksək olur: "Bu onu göstərir ki, bankların dollara tələbatı yüksəkdir. Buna görə də banklar dollar almaq üçün bu cür yüksək məzənnə təklif edirlər".

Ekspertə görə, hökumət manatın məzənnəsini saxlamaqda maraqlı deyil: “Əvvəlki dövrdə də manatın ucuzlaşması gedirdi. Amma hazırda bu proses bir qədər də sürətlənib. Mərkəzi Bank ilin sonuna qədər manatı müəyyən həddə qədər ucuzlaşdırmağa çalışır”.

İqtisadçı hesab edir ki, referendum ərəfəsində manatın ucuzlaşması istiqamətində bir fasilə yarandı, indi həmin mərhələnin kompensasiyası gedir.

S. Əliyev deyir ki, həm neftin ucuzlaşması, həm də dekabrda dolların uçot dərəcəsinin qaldırıla biləcəyi ehtimalı manata yaxşı bir gələcək vəd etmir.

Buna da bax:​ Ekspert: 'Görünən odur ki, valyuta bazarında ciddi tələb var'

Pul köçürmələri daha da azalacaq

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

Exo” qəzetində dərc edilən "Azərbaycana daxil olan pul həcmi hər il azalacaq" sərlövhəli məqalə diqqət çəkir.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev mövzunu qəzetə belə dəyərləndirib:

“Son iki ildə Azərbaycana pul köçürmələri azalıb və bu sahədə durumun yaxşılaşacağına ümid etməyə dəyməz. Ölkəyə pul köçürmələri ilbəil azalacaq. Təbii ki, bununla birgə Azərbaycandan gedən əməkçi miqrantların sayı da azalacaq”.

Ekspert qeyd edir ki, Azərbaycanda işsiz insanlar çörək pulundan ötrü daha çox Rusiyaya gedir. Rusiyada dollar rubla nisbətən də möhkəmləndiyindən bu orada çalışan azərbaycanlıların dolanışığına da təsir edəcək.

O. Haqverdiyev qeyd edir ki, bu ilin 9 ayında Azərbaycana 586 milyon dollar pul köçürülüb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalma deməkdir. Ekspertə görə, elə bu durumun özü tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin nə yerdə olduğunun göstərir.

Buna da bax:​ Prezidentin dedikləri və rəsmi statistikanın fərqli üzü

O, Haqverdiyev deyir ki, bu ilin 3-cü rübündə ölkəyə cəmi 163 milyon dollar pul köçürülüb. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalma deməkdir.

Ekspertlərdən Nəriman Ağayev də bunu Rusiyada iqtisadi vəziyyətin ağırlaşması ilə izah edib: “Hazırda Azərbaycan pul göndərilməsi 50 faiz azalıb. Üstəlik, artıq əməkçi miqrantlar da ölkəyə qayıdırlar”.

İqtisadçıların fikrincə əmək miqrantların geri dönməsi Azərbaycan əhalisinin dolanışığına da pis təsir göstərəcək.

Hava və su kimi kreditlər...

Qaz xətti.
Qaz xətti.

Novaya Vremya” qəzeti isə “Asiya İnkişaf Bankı qiymətlərin arxasında durmayacaq” sərlövhəli məqalədə Azərbaycanın da iştirakçısı olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin gələcək taleyi haqqında təxminlərə yer verilir.

Müəllif yazır ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan bu layihə üzrə öhdəliklərin yerinə yetirilməsindən ötrü ölkəyə böyük vəsaitlər lazımdır. Bu məqsədlə də Azərbaycan hökuməti layihəyə investisiya cəlb etmək niyyətindədir.

Buna da bax: 'Avropadakı qiymətlərdən danışırlar, maaşlardan yox'

Yazıda vurğulanır ki, bu ilin sonuna kimi Asiya İnkişaf Bankından bir milyard dollar alınması nəzərdə tutulur.

Müəllif yazır ki, bütünlükdə layihənin tam gerçəkləşməsindən ötrü 45 milyard dollara ehtiyac var: “Amma bu 1 milyard indi hava və su kimi vacibdir. Əvvəlki illərlə müqayisədə indi maliyyə imkanları çox azdır. Layihəni isə dayandırmaq olmaz, ilbəil xərclər artır. Haradansa pul götürmək mümkün deyil, qaz kəmərindən isə tezliklə gəlir olmayacaq”.

Müəllifə görə, qazın qiymətinin enməsi də bu layihədən gözləntiləri bir xeyli azaldır.

Müəllifə görə, ölkədə uğura nail olmaqdan ötrü yalnız beynəlxalq kreditlərə ümid bəsləmək olmaz. Ölkədə iqtisadi və siyasi islahatların həyata keçirilməsindən ötrü siyasi iradəyə ehtiyac var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG