Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:54

Bəzi tələbələr təhsil haqqı ödəməkdən azad olundu


Azərbaycan, tələbələr Bakıda etiraz aksiyası keçirir, oktyabr 2013

18 yaşında valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali məktəblərinin ödənişli əyani bölmələrinə qəbul olunduqda təhsil haqqı ödəməkdən azad olacaqlar.(APA)

Qərarı Konstitusiya Məhkəməsi qəbul edib.

Konstitusiya Məhkəməsi qərarı tələblərinin “Təhsil haqqında” qanunun uyğun maddəsinə əsasən təmin edilməli olduğu vurğulanır.

Qərarın dərc olunduğu gündən qüvvəyə mindiyi, qəti, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməyəcəyi deyilir.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda bu kateqoriya şəxslər sırasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər göstərilir.

Konstitusiyanın uyğin maddəsində isə bildirilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

“Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG