Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:20

Öncə İranda casusluqda suçlanıb həbsdə saxlandı, indi də Azərbaycanda...


Tehrandakı Evin həbsxanası
Tehrandakı Evin həbsxanası

İlyarımdan çox İranda casusluq və narkotik ittihamı ilə həbsdə saxlanılan Validə Yusifova indi də Azərbaycanda mühakimə ediləcək. O, ötən ilin yayında İranda həbsdən buraxılaraq öz ölkəsinə təhvil verilmişdi. Azərbaycana gəlincə, burada dövlətə xəyanətdə suçlanıb.

Bu ittihamla aylardır həbsdə olan 32 yaşlı qadın aprelin 15-də Gəncədə hakim önünə çıxarılacaq. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Amma Azərbaycan qanunlarına görə, qadınlara və 65 yaşı aşan kişilərə ömürlük cəza verilə bilməz.

V.Yusifova İranda həbsdə olarkən öncə Ərdəbil, daha sonra Təbrizdə təcridxanada saxlanılıb. Ardından Tehrandakı Evin həbsxanasına köçürülüb və uzun müddət orada qalıb.

O, Tehran İnqilab Məhkəməsində mühakimə edilib. Məhkəmə ona narkotik ittihamı üzrə bəraət verib, casusluq ittihamı isə qüvvədə saxlanılıb.

V.Yusifova ötən il iyulun 16-da İranın Astara həbsxanasına köçürülüb. İyulun 27-də isə Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.

Azərbaycanlı qadın İranda mühakimə olunarkən narkotik və casusluq ittihamlarını qəbul etməyib və məhkəməyə ifadəsində özünü təqsirli bilmədiyini söyləyib.

Yaxınları onun İranda fiziki və psixoloji təzyiqlər altında saxlandığını bildiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG