Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

Müsəlman ölkəsində Valentin günü qadağaları


Müsəlman ölkəsində Valentin günü
Müsəlman ölkəsində Valentin günü

İndoneziya hökuməti ölkənin bəzi yerlərində kondomları müsadirə edib və tələbələrə Valentin gününü qeyd etməyi yasaqlayıb.

Hökumət iddia edir ki, Valentin günü mədəni normalara qarşıdır və təsadüfi seksə yol açır.

“Reuters” xəbər agentliyi yazır ki, Sulavesi adasındakı Makassar şəhərində polis minimarketlərdə reyd keçirərək kondomları müsadirə edib. Əhalisinin əksər hissəsi müsəlman olan İndoneziya dünyəvi dövlətdir. Buranın dövlət ideologiyası dini müxtəlifliyə təminat verir.

Buna da bax:​ Müqəddəs Valentinin “barmağı” İngiltərəyə necə gəlib?

MÜSƏLMAN İNANCINA ZİDD?

"Sakinlər bildirdilər ki, minimarketlər, xüsusən də Valentin günündə kondomları nizamsız qaydada satırlar. Bundan sonra reydlərə başlanıldı", – deyə Makassar polisinin əməkdaşı Jufri bildirib.

Onun sözlərinə görə, minimarketlərin işçilərinə yeniyetmələrə kontraseptiv satmamaq tapşırılıb.

İndoneziyanın ali dini şurası 2012-ci ildə Valentin gününü islam qaydalarına əsasən qadağan edib. Şura bildirib ki, bu bayram müsəlman mədəniyyətinə və inancına ziddir.

İndoneziyada yaşayan 220 milyondan çox müsəlmanın əksər hissəsi mötədil islama sitayiş edir. Ölkədə böyük xristian və hinduist azlıqları da yaşayır.

Buna da bax: Valentin bayramı qadağan edilib

ENDİRİMLƏR

İndoneziyanın paytaxtı Cakartada və ölkənin digər hissələrində şirkətlər xüsusi endirimlər və reklamlarla qazanc əldə etməyə çalışırlar. Bu da Valentin gününün populyarlığını artırır.

Məsələn, milli hava yolları "Garuda" bu həftə biletlərə 15 faiz endirim təklif edir. Motorlu çatdırma xidmətləri isə sevgililərə şokolad və gülün çatdırılmasına həftəlik endirim elan edib.

Hüquq müdafiə təşkilatları ölkədə islamçı qrupların artan təsirindən narahatlıq ifadə ediblər. Belə qruplar insanların öz həyatlarını necə yaşamasına müdaxilə edirlər. Ötən ilin sonunda Yava adasının şərqində bir mühafizəkar islamçı qrup ticarət mərkəzlərini gəzərək dükanların öz müsəlman işçilərinə milad geyimləri (məsələn, Santa papağı) geydirib-geydirməməsini yoxlayıb.

Buna da bax:​ Valentin günü Pakistanda qadağan edilib

QADAĞANIN QÜVVƏDƏ OLDUĞU ƏYALƏTLƏR

İndoneziyanın ikinci böyük şəhəri olan Surabayada hökumət rəsmiləri məktəblərə şagirdlərin "məktəbin daxilində və ya xaricində" Valentin gününü keçirməsini qadağan etməyi tapşırıb. Şəhər hökumətinin rəsmi saytında deyilir ki, bu bayram "mədəni və sosial normalara" ziddir.

Qərbi Yava əyalətində də dövlət məktəblərinə oxşar məzmunlu məktub göndərilib. Qərbi Yava ölkənin əhalisinə görə ən böyük əyalətidir.

Qərbi Yava və Açeh kimi əyalətlərdə əvvəlki illərdə də Valentin gününün keçirilməsi qadağan edilib. Açeh İndoneziyada Şəriət qaydalarına əməl edən yeganə əyalətdir.

Buna da bax:​ Müsəlmana hansı bayramlar olar?

İndoneziyanın mərkəzsizləşdirilmiş hökumət sistemi yerli hökumətlərin mərkəzi hakimiyyətin icazəsini gözləmədən qanunlar qəbul etməsinə imkan verir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG