Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:00

Tibb müəssisələri icra orqanlarına müraciət edəcək


Vaksin basabası: 'İşimizdən də olduq. Belə şey olar?'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Vaksin basabası: 'İşimizdən də olduq. Belə şey olar?'

AzadlıqRadiosunun Azərbaycanın bəzi yerlərində, xüsusilə Bakıda vaksin vurdurmaq istəyən insanların tibb müəssisələrində uzun növbələrinin yaranması ilə bağlı sorğusuna Səhiyyə Nazirliyindən cavab verilib.

Nazirliyin cavabında qeyd edilir ki, Operativ Qərargahın (20 avqust) sonuncu brifinqindən sonra peyvənd məntəqələrinə müraciət edən vətəndaşların sayı dəfələrlə artıb: (Həmin brifinqdə deyildi ki, koronavirusa yoluxanların 90 faizindən çoxu peyvənd olunmayanlardır) "Peyvənd almaq istəyənlər randevu.its.gov.az saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisələrinə müraciət edirlər. Bu da, təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur".

Açıqlamaya görə, peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir: "Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək".

'COVID pasportu əməlli-başlı biznesə çevrilib'
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Belə halların baş verməməsi üçün nazirlik vətəndaşlardan bir daha xahiş edir ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 3.7 milyon, ikinci mərhələdə isə 2.4 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Son günlər Bakıda peyvənd vurulması prosesində uzun növbələrin yaranması ilə bağlı çoxsaylı şikayətlər eşidilir. Bəzi ekspertlər də ehtiyat edir ki, bu növbələr, əksinə, virusun daha da yayılmasına səbəb ola bilər.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 25-i daxil olmaqla 400 mindən çox şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan da 5 min 403-nin vəfat etdiyi bildirilib.Elə bu gün, avqustun 25-də virusa yoluxanlardan son sutkada 33-nün vəfat etdiyi vurğulanıb.

XS
SM
MD
LG