Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:34

İqtisadçı: “Dövlət büdcəsi neft olmasa...”


Vahid Əhmədov
Vahid Əhmədov

İl başa çatır, iqtisadçılar, siyasilər bu dövrdə yadda qalan hadisləri təhlil edib nəticələri ortaya qoymağa çalışırlar.

Deputat Vahid Əhmədov 2018-ci ilin iqtisadi əhəmiyyət kəsb etdiyini düşünür.

Qeyri neft sektorunda 10 faizə yaxın inkişaf

Deputat bu barədə danışarkən deyib ki, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin açılışı olub. Bu layihənin mühüm bir hissəsi olan TANAP-ın ( Trans Anadolu Qaz Kəməri) inşası başa çatıb.

Vahid Əhmədov qeyri-neft sektorunda 10 faizə yaxın artımın olduğunu xatırladıb:

“Düzdür, kənd təəsrrüfatında müəyyən qədər artım var, idxal-ixrac əməliyyatlarında müsbət saldo yaranıb. Amma bir sıra məsələlər var ki, gələn il diqqət mərkəzində olmalıdır. Qeyri-neft sektorunu daha da şaxələndirmək, ixracı daha da stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyac var”.

Deputat vurğulayıb ki, Milli Məclisdə bank sektoru ilə bağlı çoxlu müzakirələr getsə də, bu istiqamətdə ciddi islahatlara nail olunmayıb:

“ Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər görüb, amma bank sektorunda, hələlik, kapitallaşma prosesi getmir. Bank faizlərinin azaldılması, yaxud keçmiş kreditlərin ödənilməsi qalır. Ümumi götürdükdə bu il siyasi və iqtisadi cəhətdən də əhəmiyyətli il olub. Ən əsası müstəqillik qorunub və sabitlik də var”

Başqa bir iqtisadçı Məhəmməd Talıblı isə daha çox mənfi məqamların üzərində dayanıb.O, bildirib ki, iqtisadiyyatda neft amilinin dominant olmasına baxmayaraq həmin sahədə qabarmalar yox, çəkilmələr baş verib.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı son vaxtlar bəzi neft şirkətlərinin Azərbaycanı tərk etməsini xatırladıb.

Məhəmməd Talıblı 2018-ci il üzrə ikinci mənfi məqam kimi bank sektorundan bəhs edib:

Büdcənin yarısı DNF-dan trensfertlərin payına düşür

Məhəmməd Talıblı hesab edir ki, 2019-cu ilin ən mənfi gözləntisi Dövlət Neft Fondunun (DNF) aktivlərindən daha çox dövlət büdcəsinə köçürmələrin edilməsi və bununla da tikinti layihələrinin həcminin genişləndirməsidir:

“Dövlət büdcəsinin gəlirlərinin 50 faizini DNF-dan transfertlərin təşkil etməsi böyük məbləğdir. Bunun iqtisadi mənada tərcüməsi o deməkdir ki, dövlət büdcəsi nəzərdə tutulan xərclərinin ən yaxşı halda 50 faizini DNF-nin ehtiyatları olmadan maliyyələşdirə bilər. Nəsillərarası neft-qaz gəlirlərindən bölgünü nəzərdə tutan DNF-nin ehtiyatlarının sürətlə "əriməsi" təkcə gələn il deyil, yaxın gələcəyin ən narahatedici məqamlarından sayılmalıdır”.

Buna da bax:Büdcədə sosial tədbirlərin xərcləri cəmi 1,5 faiz artıb

XS
SM
MD
LG