Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Aprel, Cümə, Bakı vaxtı 05:43

Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


arxiv foto

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də keçirdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Həmin tədbirdə qərara alınıb ki, iyunun 1-i uşaqların müdafiəsinə həsr edilsin.

Elə o zamandan da iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Azərbaycan 1992-ci il iyulun 21-dən BMT-nin «Uşaq hüquqlarına dair» Konvensiyasına qoşulub. 1998-ci il mayın 19-da uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə «Uşaq hüquqları haqqında» qanun qəbul edilib.

Azərbaycanda 2 milyon yarıma yaxın uşaq olduğu bildirilir.

Bu gün, iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı həm paytaxt Bakıda, həm də Azərbaycanın bir sıra bölgələrində tədbirlər keçirilir. Onların biri də Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində olub.

XS
SM
MD
LG