Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:16

Liqa rəhbəri: “Pulluların bağçası yaradılıb”


Bakı bulvarı
Bakı bulvarı

“Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində problemlər var və bunlar həll olunmalıdır”.

Bunu AzadlıqRadiosuna Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov bildirib.

Y.Bəkirov deyib ki, Azərbaycan hökuməti hər il BMT-yə ölkədə uşaqların hüquqlarının müdafisi ilə bağlı hesabat göndərir, amma, hələlik, 2019-cu ilə dair hesabata hazırlıqdan hər hansı xəbər yoxdur.

Liqa rəhbərinin sözlərinə görə, hökumətin hesabatına alternativ hesabat hazırlanmalıdır: “Amma belə hesabatların adı “alternativ” olur, mahiyyəti isə elə rəsmi hesabatın bu və ya digər şəkildə təkrarı olur. Üstəlik, buna görə, həmin təşkilatlara BMT tərəfindən maliyyə vəsaiti də verilir. Halbuki, həmin alternativ hesabat təmənnasız hazırlanmalıdır. Özü də Azərbaycanda 100-ə qədər belə uşaq təşkilatları var və bu qurumlar bir hesabatı da təmənnasız hazırlamaq isrəmirlərslə, onların fəaliyyəti kimə lazımdır?”.

Y.Bəkirov əsas problemlərdən birini təhsilə qədərki sahədə görür.

Onun sözlərinə görə, Bakıda və eləcə də bütün ölkədə uşaqların bağçalarla təmin olunması qənaətbəxş sayıla bilməz: “Dövlət bağçaları həm sayca, həm də uşaq qəbulu üzrə azdır. Digr tərəfdən isə elə özəl bağçalar var ki, orada qiymət ayda 400-600 manatdır, ölkədə heç işçilərin çox hissəsi bu qədər maaş ala bilmir. Əslində, isə özəl bağçalar adı ilə “pulluların bağçası” yaradılıb”.

“Küçədə işləyən, küçədə yaşayan uşaqlar”

Y.Bəkirov deyib ki, bu vəziyyətdən çıxmaq olar. Onun fikrincə, bundan ötrü Almaniaydakı bağça sistemini Azərbaycana tətbiq etmək lazımdır: “Almaniyada 10-15 valideyn toplaşaraq uşaq bağça təsis edirlər, hakimiyyət isə həmin bağçanı maliyyləşədirir. Düşünürəm ki, bunu Azərbaycana da tətbiq etmək olar”.

Y.Bəkirov qeyd edib ki, ölkənin orta məktəb sistemindəki vəziyyət də ürəkaçan deyil.Onun fikrincə, şagirdlər “repetitorlar”dan aslılı qalıb: “Açığı təhlsin tədrisi baxımından orta məktəb sistemində vəziyyətin nə zaman müsbətə doğru və necə dəyişəcəyi müəmma olaraq qalır”.

Onun firkincə, daha bir məsələ “küçədə işləyən, küçədə yaşayan uşaqlar” problemidir.

Rəsmilər nə deyir?

Amma rəsmilər bu sahədə vəziyyət qənaət bəxiş hesab edirlər. Onların fikrincə, hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması və etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar sosial müvinət alır.

Bura habelə, ölkənin ərazi bütövlüyü uğurunda həlak olanların, müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl qəzası ilə əlaqədar I, II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları daxildir.

Üstəlik, qeyd edilir ki, ölkə başçısının fərmanları ilə aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların müavinəti 82 manatdan 150 manata çatdırılıb. Onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

Amma 2006-ci ildə ünvanlı sosial yardımların verilməsi ilə Azərbaycanda uçaqların aylıq müvinətləri ləğv edilib.

Buna da bax: 'Azərbaycanda uşaqların hüquqları korrupsiyaya qurban edilib'

Xatırlatma

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də keçirdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Həmin tədbirdə qərara alınıb ki, iyunun 1-i uşaqların müdafiəsinə həsr edilsin.

Elə o zamandan da iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG