Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Qusarda insan alveri müzakirələri


Bu gün, iyulun 30-da Qusar rayonunda Ümumdünya İnsan Alveri ilə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələsi ilə keçirilən konfransı Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) təşkil edib.

“Turan” agentliyinin xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili William R. Gill deyib ki, Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada quldarliq qurbanlarının sayi 25 milyon ətrafındadır.

William R. Gill şəxsiyyətinin gizli saxlanılmasından ötrü şərti Gülnarə adı verdiyi bir cəsarətli azərbaycanlı qadının əhvalatını diqqətə çatdırıb.

“Sözügedən qadın insan alveri qurbanına çevrilib. Lakin Azərbaycan hökuməti, USAİD və İOM təşkilatlarının əməkdaşlığı sayəsində o, sığınacaq taparaq öz həyatını ləyaqətli şəkildə davam etdirmək imkanı əldə edib”

Müvəqqəti işlər vəkili əməkdaşlıq şəraitində fəaliyyətin vacibliyini vurğulayıb:

“Birləşmiş Ştatlar illər boyu Azərbaycan və dünayın digər ölkələri ilə birgə işləyərək sözügedən cinayətlərlə mübarizə aparır. Gülnarə kimi qurbanlara yardım edir. Azərbaycanla bu sahədə hər zaman tərəfdaşlıq etmişik. Birləşmiş Ştatların Azərbaycana etdiyi yardım insan alveri qurbanları üçün sığınacaqların maliyyələşdirilməsi, insan alveri qurbanlarına tibbi yardım göstərən peşəkarlara təlimlərin verilməsi və həmçinin aidiyyatı olan nazırliklərin fəaliyyətinin gücləndirilməsindən ibarətdir”.

Konfransda müxtəlif dövlətlərdən olan diplomatlar, Azərbaycanın hökumət rəsmiləri və insan alveri ilə mübarizə sahəsində çalışan ekpertlər iştirak edib.

2001-ci ildən USAID 70-dən çox ölkə və regionda insan alveri ilə mübarizə proqramlarına dəstək göstərib.

2015-ci ildən USAID Azərbaycanda üç vətəndaş cəmiyyətinin sığınacaqlarına dəstək göstərərək kövrək qadın və uşaqlara, habelə məişət zorakılığı, istismar, insan alveri qurbanlarına köməklik edir.

BMT Baş Məclisinin 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il iyulun 30-u Ümumdünya İnsan Alveri ilə Mübarizə Günü kimi qeyd edilir.

XS
SM
MD
LG