Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Ursula von der Leyen Avropa Komissiyasının prezidenti oldu


Ursula von der Leyen
Ursula von der Leyen

Avropa Parlamenti kiçik səs çoxluğu ilə xanım Ursula von der Leyeni Avropa Komissiyasının prezidenti vəzifəsinə təsdiq edib. Beləliklə, o Avropa İttifaqının ilk qadın rəhbəri olacaq.

Parlament iyulun 16-da 383 səs leyhinə, 327 əleyhinə olmaqla almaniyalı mərkəz-sağçı siyasətçinin namizədliyinə səs verib. 22 deputat bitərəf qalıb.

Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi olan Von der Leyen bu vəzifəyə sahiblənmək üçün minimum 374 səs qazanmalıydı.

O səsvermədən sonra deyib:

“Sizin mənə göstərdiyiniz etimad sizin şərqdən qərbə, cənubdan şimala vahid və güclü Avropaya inamınızın ifadəsidir”.

Son 6 ildə Almaniyanın müdafiə naziri olmuş Von der Leyenin namizədliyi Brüsseldə bu ayın əvvəlində üç gün davam edən sammitdə elan edilmişdi.

Avropa Parlamentinin bir çox deputatları Aİ üzvü olan ölkələrin “Spitzenkandidaten” deyilən sistemdən imtina etməsindən hiddətli idilər. Bu sistem üzrə ötən may ayında keçirilmiş Avropa seçkisində qalib gəlmiş siyasi qrupun namizədinə üstünlük verilməli idi.

Von der Leyenin bu səəvermədən qalib çıxmasına onun bir sıra vədləri kömək edib.

O Avropa Komissiyasında gender balansını təmin edəcəyini, Britaniyanınn Aİ-dən çıxması üçün müddəti oktyabrın 31-dən sonra da uzadacağını və ən mühümü səsvermələrdə çoxluq prinsipini tətbiq edəcəyini söz verib. Hazırda Avropa İttifaqının xarici siyasətinə dair məsələlərin səsverməsində konsensus tələb olunur.

Avropa Komissiyası Avropa İttifaqının icra hakimiyyətidir və böyük bürokratik aparata malikdir.

Bu aparat yaxın 5 il üçün Aİ-nin xarici siyasətinin formalaşdırılmasına kömək edir.

Leyenin namizədliyinin təsdiqindən sonra Avropa İttifaqının 27 üzvü Avropa Komissiyasının heyətinə öz milli namizədlərini təqdim etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG