Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29

Avropa Komissiyası prezidentliyinə Almaniyanın müdafiə naziri namizəd oldu


Ursula von der Leyen
Ursula von der Leyen

Almaniyanın müdafiə naziri Ursula von der Leyenin namizədliyi Avropa İttifaqının ali icra hakimiyyəti olan Avropa Komissiyasının prezidenti vəzifəsinə təklif olunub.

Bu barədə məlumatı iyulun 2-də Twitter-də Avropa Şurasının prezidenti Donald Tusk verib:

Əgər onun namizədliyi Avropa Parlamentində təsdiqlənərsə, von der Leyen Avropa Komissiyasının ilk qadın prezidenti olacaq.

O hazırda vətəni Almaniyanın ilk qadın müdafiə naziridir.

Von der Leyenin namizədliyinin irəli sürülməsi Brüsseldə üç gündür davam edən danışıqların nəticəsi olub.

Avropa İttifaqına üzv ölkələr bu vəzifəyə kompromis namizəd barədə heç cür razılığa gələ bilmirdilər.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri vəzifəsinə ən münasib namizəd Hollandiyadan olanFrans Timmermans sayılırdı.

Onun namizədliyini ötən bazar günü Avropa Şurasının prezidenti Donald Tusk və kansler Angela Merkel də daxil Avropa İttifaqının bir sıra liderləri dəstəkləyirdilər.

Lakin bazar günü keçirilən iclasda Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyəti Timmermansın əleyhinə çıxış etmişdi. Bundan başqa Timmermansın namizədliyinə qarşı gözlənilmədən Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası çıxmışdı.

Bundan başqa iyulun 2-də Avropa Mərkəzi Bankının direktoru vəzifəsinə Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde-ın namizədliyi verilib.

Avropa Zirvəsinin sədri vəzifəsinə Belçikanın baş naziri Charles Michel-in, xarici işlər üzrə ali komissar vəzifəsinə isə İspaniyanın xarici işlər naziri Josep Borrelin namizədliyi irəli sürülüb.

***

Avropa İttifaqının 28 lideri bu gün – iyulun 2-də 2025-ci ilədək qurumda əsas vəzifələrə namizədlərlə bağlı müzakirələri davam etdirəcəklər. Üç gündür blokda qızğın müzakirələr gedir.

“Reuters” agentliyi bazar ertəsinə keçən gecəki danışıqlarda bəzi liderlərin yorğunluqdan mürgü döydüyünü yazır. İtaliya və keçmiş kommunist rejimli şərq ölkələri niderlandlı sosialist Frans Timmermans-ın Avropa Komissiyası prezidentliyinə namizədliyini bloklayıb.

Liderlər aparıcı postlara seçim edərkən siyasi mənsubiyyəti, müxtəlif regionların maraqlarını, gender balansını nəzərə almağa çalışırlar. Di gəl, sammitin üçüncü günə keçməsi nadir hallarda baş verir.

Konsensus əldə olunmasa...

“Konsensusun əldə olunmaması isteblişmentə qarşı çıxan millətçilərin tənqidinə rəvac verir, Aİ-nin imicinə zərbə vurur”, – agentlik yazır.

Frans Timmermans
Frans Timmermans

​Aİ liderləri Komissiya rəhbərliyindən başqa, Avropa Parlamenti və Avropa Mərkəzi Bankının rəhbərliyinə, həmçinin xarici siyasət rəhbəri vəzifəsinə namizədləri müəyyənləşdirməlidir.

Avropa Şurasının prezidentliyinə də namizəd verilməlidir. Hazırda bu vəzifəni daşıyan Polşanın keçmiş baş naziri Donald Tusk-dur və üzvlər arasında kompromisə də o nail olmağa çalışır.

Əgər AB liderləri bu gün razılıq əldə etməsələr, nəzarət Avropa Parlamentinin yeni tərkibinə keçə bilər. Mayda seçilmiş parlament sabah – iyulun 3-də yeni prezidentini seçməlidir və 28 üzvün razılaşmasını kənara ataraq müstəqil hərəkətə keçə bilər.

Yeni assambleya həmçinin birlik liderlərinin Komissiya rəhbərliyinə namizədini dəstəkləməlidir.

Timmermans-a hazırda Aİ qaydalarına uyğun olaraq yetərincə dəstək var. Di gəl, İtaliya, Macarıstan, Polşa, Çex Respublikası və Slovakiyanın onun namizədliyinə qarşı çıxması gələcəkdə hər hansı qərarvermə prosesini əngəlləyə bilər.

Bu şərq ölkələri niderlandlı siyasətçiyə niyə qarşı çıxırlar? Çünki o, həmin ölkələrdə hakimlərin, medianın, akademiklərin, qeyri-hökumət təşkilatlarının müstəqilliyini boğmasını tənqid edir.

Bundan başqa, Timmermans-ın prezident müavini olduğu Komissiya İtaliyanın yüksək borcu səbəbindən ona qarşı dərhal tədbir görə bilər.

Sağ mərkəzçi millətçi liderlər də sosialist namizədə qarşıdırlar. Onların çətir Avropa Xalq Partiyası (EPP) may seçkisində birinci olduğundan Komissiya rəhbərliyində paylarını istəyirlər.

XS
SM
MD
LG