"Ulduz Müharibələri" filminin (Star Wars) məşhur aktrisası Carrie Fisher Londondan Los-Ancelsə gedən təyyarədə infarkt keçirib.
Onun səhhətinin ağır olduğu bildirilir.
Təyyarə Los-Ancelsə enən kimi aktrisa xəstəxanaya çatdırılıb.
Carrie Fisher aktrisalıqla yanaşı filmlərə ssenarilər də yazır.
O "Ulduz Müharibələri" filmindən başqa "Hannah və bacıları", "Charlienin mələkləri" və başqa filmlərdə də çəkilib.