Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:46

Müharibə başlayandan Ukraynadan 8 milyona yaxın insan gedib


Bakıya sığınan ukraynalılar: ‘Çox adam rus təbliğatının təsirindədi’
Gözlə

No media source currently available

0:00 0:08:08 0:00

Bakya sığınan ukraynalılar: ‘Çox adam rus təbliğatının təsirindədi’

BMT-nin fövqəladə yardım üzrə koordinatoru Martin Qriffit (Martin Griffiths) deyir ki, ötən ilin fevralında Rusiyanın işğalı başlayandan Ukraynadan 8 milyona yaxın insan qaçıb.

8 milyona yaxın insan qonşu ölkələrə qaçıb, 5.3 milyon nəfərsə məcburi köçkünə çevrilib. Bunu Qriffit dünən – fevralın 6-da Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasında deyib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin başçısı olan Qriffit onu da əlavə edib ki, 17.6 milyon nəfərin, yəni, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.

Qurum rəsmisi bu ilin Ukrayna üçün Humanitar Fəaliyyət Planını təqdim etmək niyyətini açıqlayıb. Bu ayın sonunda Cenevrədə açıqlanacaq plan üçün 3.9 milyard dollarlıq vəsait tələb olunur.

“Bu zorakılığın səngimə əlaməti görünmür”, – o vurğulayıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Müharibədə 7 mindən çox dinc sakinin öldürüldüyü bildirilir. Qriffit real statistikanın daha yüksək olduğunu söyləyib.

BMT-nin qaçqınlar üzrə agentliyi UNHCR bildirir ki, Rusiyanın Ukraynada apardığı müharibə 2-ci dünya müharibəsindən bəri ən böyük qaçqın axınına səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG