Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:58

Ukrayna işğal əraziləri üçün telekanal açıb


Krımda Ukrayna telekanalları bloklanır
Krımda Ukrayna telekanalları bloklanır

Ukrayna Mədəniyyət Nazirliyi Rusiya tərəfindən ilhaq edilmiş Krıma və ölkənin şərqində, Donetsk və Luqansk vilayətlərinin Moskva tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazilərinə veilişlər yayınlayan ayrıca telekanalın açılışını edib.

UATV ictimai teleyayınçısının rəhbəri Yulia Ostrovska deyib ki, Dom (Ev) adlı televiziya kanalı ilk pilot yayımını martın 1-də edib.

Bu münasibətlə Kiyevdə keçirilən təqdimat mərasimində xanım Ostrovska bildirib ki, “işğal olunmuş ərazilərdə əhalinin 54 faizi Ukrayna telviziyasından və 43 faizi Ukrayna internet saytlarından məhrumdur”.

Ostrovska deyib ki, yeni telekanalın məqsədlərindən biri də “şüurların işğaldan azad edilməsidir”.

Lakin təqdimat mərasimində iştirak edən millət vəkili Mykyta Poturayev deyib ki, yeni telekanala orada qurulmuş elektron boğucu qurğulara görə Krımın və işğal olunmuş ərazilərin bir sıra yerlərində baxmaq mümkün olmayacaq.

Aktyor Zelenskiyə də efir ayrılıb

Yeni kanal verilişlərində Ukrayna televiziyasının materiallarından istifadə edəcək.

Bu kanalda efir vaxtının 15 faizi prezident Volodymyr Zelenskiyə aktyor kimi şöhrət gətirmiş tamaşalara veriləcək.

Yeni kanala analoq yox, rəqəmsal televizorlarda baxmaq mümkün olacaq.

Dom telekanalında aparıcılar həm ukrayn, həm də rusca danışacaqlar.

Poturayev deyib ki, redaksiya siyasətinə görə Dom Rusiya telekanallarının apardığı təbliğatı təkrarlamayacaq:

"Bu kanalda heç kəs “qiyamçılarda”, “vətəndaş müharibəsindən” danışmayacaq, Rusiya tanklarını Moskvadan sevgi gətirmiş “çəhrayı təkbuynuz” adlandırmayacaq”.

Bu telekanala və Ukrinform dövlət xəbər agentliyinə 2020-ci il üçün birlikdə 10 milyon dollar ayrılıb.

Maraqlıdır ki, telekanalın məsləhətçiləri Ukraynanın 112 adlı kanalının işçiləridir.

Bu kanalı çox vaxt Rusiyaya meylli millət vəkili Viktor Medvedchuk-la bağlayırlar. Rusiya prezidenti Vladimir Putin onun qızının xaç atasıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG