Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:56

Ukraynada silah zavodunda partlayış, minlərlə adam evakuasiua olunub (Video)


Ukraynada partlayış

Ukraynanın Vinnitsk vilayətindəki silah anbarının partlamasının versiyalarından biri kimi xarici faktor məsələsinə də baxılır.

Bunu Ukraynanın baş naziri Volodymyr Hroysman deyir.

Hazırda regionda olan nazir hesab edir ki, anbar öz-özünə partlamayıb, amma qeyd edib ki, bu cür məsələləri müvafiq orqanlar şərh edə bilər.

“Ukrayna 112” televiziyası xəbər verir ki, silahlı qüvvələrin nümayəndəsi Bogdan Senik diversiyanın mümkünlüyünü istisna etməyib.

Daxili işlər nazirinin müşaviri Zoran Shkiryak isə özünün “Feysbuk” səhifəsində yazıb ki, bu “Rusiyanın diversiyasıdır”.

İnsidentin baş verdiyi Kalinovka rayonu və ətraf qəsəbələrdən 28 minə yaxın sakin köçürülüb.

Ukraynada artilleriya anbarı partlayıb
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

​Bundan başqa 50 kilometrlik radiusda hava məkanı bağlanıb, Vinnitsa-Kiyev magistral yolu bağlanıb, qatarların marşurutu dəyişdirilib.

İki nəfərin yanğın nəticəsində xəsarət aldığı bildirilir.

Anbar 60 hektarlıq ərazini əhatə edir və orda 188 ton sursat saxlanır.

Sentyabrın 26-I axşam saatlarında Ukraynanın Vinnitsa şəhəri yaxınlığındakı artilleriya anbarında partlayış və bunun ardınca yanğın baş verib.

Bu anbar Kalinovka kəndindədir.

Yerli medianın yazdığına görə, partlayışın dalğası Kalinov administrasiyasının yerləşdiyi binanın pəncərələrini də sındırıb.

Partlayış səsləri hadisə yerindən 260 km aralıda yerləşən paytaxt Kiyevdə belə eşidilib.

Kalinovka kəndində qaz, elektrik xətləri qapadılıb və əhaliyə evlərindən çıxmaq göstəriş verilib.

Baş nazir Volodymyr Hroysman da daxil olmaqla rəsmilər Vinnitsaya gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG