Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 19:10

Ukrayna şəhərlərində Steinmeier formuluna etiraz edirlər


Kiyevdə etiraz aksiyası
Kiyevdə etiraz aksiyası

AzadlıqRadiosunun Rus xidməti yazır ki, oktyabrın 2-də Ukraynanın bir neçə şəhərində “Steinmeier formulu” deyilən sənəd barədə üçtərəfli razılığın əldə edilməsinə etiraz aksiyaları keçirilib.

Mitinqçilər Donbasın rusiyayönlü separatçı bölgələrinə “xüsusi statusun” tanınması barədə razılaşmanı “Rusiya qarşısında kapitulyasiya” adlandırıblar.

Ən böyük etiraz aksiyası paytaxt Kiyevin mərkəzi meydanında keçirilib. Bu mitinqdə 1500-dək etirazçının iştirak etdiyi xəbər verilir.

Onlar “Vova çıx”, “Kuçma get”, “Zelya (Zelenskiy) get”, “təslimçiliyə yox” şüarlarını səsləndirirdilər.

Əvvəlcə mitinq Maydanda keçirilirdi, lakin etirazçılalr daha sonra prezident Volodymyr Zelenskiy-nin administrasiyasının qarşısına gəliblər.

Ölkə parlamenti Verxovna Radada “Steinmeier formulu” qızğın mübahisələrə səbəb olub.

Radanın sessisyasından əvvəl prezident Zelenskiy öz partiyasının fraksiya üzvləri ilə görüşüb.

Lakin prezident bütün deputatların qarşısında çıxış etmək istəməyib.

Zelenskiy keçirdiyi brifinqdə deyib ki, sənəddə Ukraynanın qorxacağı heç bir müddəa yoxdur.

O bildirib ki, “avtomat və pulemyotların lüləsi altında heç bir seçki keçirilməyəcək”.

Avropa İttifaqında Steinmeier formulunu Ukraynanın şərqində sülhə doğru addım adlandırıblar.

Ukrayna hakimiyyətinin sülh formulasını qəbul etməsi ölkədə qalmaqala səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Sənədə əsasən Ukrayna rusiyayönlü separatçıların nəzarətində oaln ərazilərə xüsusi status vermək öhdəliyi götürür.

Zelenskiy deyib ki, bu, qondarma DXR və LXR-də seçkilərin yalnız Ukrayna qanunlarına uyğun keçiriləcəyi təqdirdə baş verəcək.

Bu seçkilərin habelə ədalətli və rəqabətli keçdiyi ATƏT müşahidəçiləri tərəfindən təsdiq edilməlidir.

Oktaybrın 1-də Donbas münaqişəsinə dair üztərəfli kontakt qrupu (Ukrayna, Rusiya, ATƏT) “Steinmeier formulu” deyilən sənəd barədə razılığa gəlindiyini bildirmişdi.

Sənədi Ukrayna tərəfindən keçmiş prezident Leonid Kuchma imzalayıb.

Sənəd habelə “Normand dördlüyü” (Almaniya, Fransa, Rusiya, Ukrayna) tərəfindən razılaşdırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG