Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:24

Ukraynada dövlət dili haqqında yeni qanun qüvvəyə mindi


Ukraynalı fəallar ukrain dilinin rəsmi dövlət dili olması tələbi ilə aksiya keçirirlər , 25 aprel 2019
Ukraynalı fəallar ukrain dilinin rəsmi dövlət dili olması tələbi ilə aksiya keçirirlər , 25 aprel 2019

İyulun 16-dan Ukraynada dövlət dili haqqında yeni qanun qüvvəyə minib.

İki ay bundan əvvəl rəsmi mətbuatda qanunun mətni dərc edilmişdi.

Yeni qanuna əsasən, indən belə bütün dövlət orqanları, ictimai təşkilatlar, xidmət, təhsil və media sahələri yalnız ukrain dilindən istifadə etməlidirlər.

Qanuna əsasən qəzet və jurnallar başqa dillərdə də çıxa bilər, amma bunun ukrain dili versiyası da olmalıdır.

Qanunda, Ukraynada bir neçə rəsmi dil tədbiq etməyə cəhdə, konstitusyon quruluşun devirilməsi kimi baxılır.

Bundan başqa ana dilini bilməyən vəzifəli şəxslərin cavabdehlik daşıması nəzərdə tutulur.

Amma bu norma, yalnız qanunun qəbulundan 3 il sonra işləyəcək.

Amma qanun, milli azlıqların dilləri də daxil olmaqla şəxsi görüşlərdə başqa dillərdən istifadəni məhdudlaşdırmır.

Ukrayna parlamenti bu qanun layihəsini 1-ci oxunuşda hələ 2018-ci il oktyabrın 4-də qəbul eləmişdi.

2019-cu il apreln 25-də isə onu ikinci oxunuşda da təsdiqlədi.

Keçmiş prezident Petro Poroshenko isə 2019-cu il mayın 15-də dövlət dili haqqında qanuna imza atdı.

Ölkənin yeni prezidenti Vladimir Zelenski bundan əvvəl bildirmişdi ki, səlahiyyətlərinin icrasına başladıqdan sonra sənədin insan haqları prinsiplərinə uyğun olub-olmamasını dəyərləndirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG