Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Ukraynada Avakovun istefasını tələb edən aksiyalar keçirilir (VIDEO)


Kiyevdə daxili işlər naziri Arsen Avakovun istefasını tələb edən yüzlərlə etirazçı parlamentin binası qarşısında tüstü qumbaraları və fişəng atıblar.

İyunun 5-də parlamentdə çıxışı olan Avakov son günlər kəskin tənqid atəşinə tutulur.

Tənqidçilər bildirirlər ki, nazir vəzifədə olduğu altı il müddətində polis qanunsuzluqlarının qarşısını ala bilməyib, islahatları həyata keçirməyib və bütün ölkədə qanunçuluğun və asayışın təmin edilməsinə nail olmayıb.

Avakovun vəzifəsindən getməsi tələbləri, xüsusən də Kiyev yaxınlığındakı Kaharlik qəsəbəsində bir qadının polislər tərəfindən zorlanmasına və işgəncələrə məruz qalmasına, habelə mayın sonlarında paytaxt rayonunda kriminal dəstələr arasında atışmaların baş verməsinə dair xəbərlərin yayılmasından sonra daha da güclənib.

Ən müxtəlif siyasi qüvvələr

İstefa tələb edənlər müxtəlif siyasi qrup və partiyaların nümayəndələridirlər. Onların arasında musiqiçi Svyatoslav Vakarchuk tərəfindən təsis edilmiş avropayönlü Holos (Səs), millətçi Pravı Sektor (Sağ Sektor) partiyaları, Kiyev Prayd gey hüquqları qrupu, habelə çox sayda fərdi vətəndaşlar var.

Plakatların üzərində “Avakov sindromdur!” və “Məni zorlayan polisdirsə, kimdən kömək istəyim?” kimi şüarlar yazılıb.

Etirazların davam etdiyi bir vaxtda Avakov polis tərəfindən törədilən cinayət iddiaları və başqa hay-küylü qalmaqallar barədə parlamentdə ifadə verirdi.

Avakov çıxışına başlayan anlarda etirazçılar sovet dövründə polis maşını kimi istifadə edilən bir UAZ avtomobilini parlament binası qarşısına gətiriblər. Bu maşını fişənglərdən atəşə tutan etirazçılar aksiyanı “polis islahatlarına abidə” adlandırıblar.

Etirazçılardan biri üstünə benzin tökərək yandırsa da, polis alovu söndürə bilib.

Özünü Yuriy Lyashenko kimi təqdim edən həmin şəxs cənubdakı Nova Kaxovka şəhərindən gəldiyini və polisin “onun mülkiyyətini qanunsuz qəsb etdiyini” bildirib.

Avakovun istefasını tələb edən mitinqlər ölkənin qərbindəki Lvov şəhərində də keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG