Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Polis əməkdaşları 5 yaşlı oğlanın ölümündə şübhəli bilinir


Kiyevdə polis əməkdaşları, arxiv fotosu
Kiyevdə polis əməkdaşları, arxiv fotosu

Kiyevdə beş yaşlı oğlanın ölümündə şübhəli bilinən iki polis əməkdaşına planlaşdırılmış qətl ittihamı irəli sürülüb.

İyunun 4-də məhkəmə Volodymyr PetrovetsIvan Prykhodko barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, polis əməkdaşları mayın 31-də axşam vəzifədə başında olmayanda, sərxoş halda bir evin həyətində alüminium bankalara atəş açıblar, qonşu evdə yaşayan oğlan da o zaman güllə yarası alıb.

Polis əməkdaşlarının təqsirləri sübuta yetirilsə, ömürlük həbsə məhkum edilə bilərlər.

Kiyev yaxınlığında yerləşən Pereyaslav-Kmelnytskiy şəhərinin rəsmiləri oğlanın iyunun 3-də xəstəxanada dünyasını dəyişdiyini bildiriblər.

Polis əməkdaşlarına ilkin olaraq xuliqanlıq və bədənə ziyan vurmaq ittihamı irəli sürülüb.

İttiham dəyişdirilib

Bunun bədbəxt hadisə olduğu bildirilsə də, oğlan öləndən sonra Baş prokuror Yuriy Lutsenko ittiham maddəsinin planlaşdırılmış qətl ilə əvəzləndiyini deyib.

Serhiy Knyazev
Serhiy Knyazev

Milli Polisin rəhbəri Serhiy Knyazev iyunun 3-də axşam bildirib ki, Kiyev regional polis rəisi Dmytro Tsenov-un istefasını qəbul edib.

Mayın 20-də andiçmə mərasimi keçirilmiş Prezident Volodymyr Zelenskiy oğlanın qohumlarına başsağlığı verib, “günahı olanların hamısının qanun çərçivəsində cəzalandırılacağını” vurğulayıb.

Saxlanan polis əməkdaşlarından birinin vəkili ittihamın düzgün qoyulmadığını, müştərisinin oğlanı öldürmək niyyəti olmadığını deyib.

İyunun 3-də axşam Kiyevdə Daxili İşlər Nazirliyinin qarşısında nazir Arsen Avakov-un istefası tələbiylə mitinq keçirilib. Ukrayna prezidentinin saytında “Elektron petisiyalar” bölməsində isə nazirin istefasını tələb edən petisiya peyda olub. İyunun 4-də günortayadək petisiyan 7 min 500 nəfər imzalayıb.

Petisiya üç ay ərzində 25 mindən artıq səs yığsa, ona prezident baxmalıdır.

Ancaq naziri Ali Rada da istefaya göndərə bilər. Bundan ötrü sadə səs çoxluğu, 226 deputat səsi lazımdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG